Azərbaycan Dövlət Aqrar Universitetində qəhrəmanların təbliği adlı tədbir keçirilib

“Aydınlar ocağı” humanitar ictimai  birliyi  Azərbaycan respublikasının Prezidenti yanında  Qeyri- Hökumət Təşkilatlarına  Dövlət Dəstəyi Şurasının  təşkilatçılığı ilə  ADAU-da  “Qəhrəmanların  təbliği   məqsədi  ilə  tələbələrin  təşkili ” adlı  tədbir   keçirilib. Tədbir  torpaqlarımızın   azadlığı  uğrunda  həlak olan şəhidlərimizin  xatirəsinin   bir dəqiqəlik sükutla   yad olunması ilə  başlayıb. 

İctimai elmlər və multikulturalizm kafedrasının müdiri,  professor  Azad  Bayramov qeyd edib ki, vətənpərvərlik  hər bir milləti səciyyələndirən və onu başqa muillətlərdən fərqləndirən ən mühüm  xüsusiyyətlərdəndir. Azərbaycan dövlətinin ən başlıca   məqsədlərindən biri də insanları, xüsusi ilə gənclərimizin milli mənlik şurunun və onlarda  vətənpərvərlik hisslərinin dünyəvi  prinsiplərinin əsas  formalarını qorumasıdır. Professor bildirib ki,  ADAU-da tələbələr təkcə aqrar mütəxəssis kimi yox, həmçinin vətənpərvər bir mütəxəssis kimi  yetişir və buna ciddi ə önəm verilir.

Sonra“Aydınlar ocağı” humanitar ictimai  birliyinin  sədri  Vüqar Qədirov çıxış edib, Azərbaycan torpaqlarının tarixin müxtəlif dövrlərində erməni qəsbkarları tərəfindən işğala məruz qalması haqqında millətin başına gətirilən faciələrdən  ətraflı danışıb . O, həmçinin  2016- cı ilin aprel döyüşlərində ordumuzun göstərdiyi  şücaət ən bəhs edərək  göstərib ki,  biz torpaqlarımızı azad etməyə qadirik və eyni zamanda ali baş komandamızın  ətrafında sıx birləşmişik.