Aqrotexnologiya fakültəsinin müəllimləri Hacıqabulda təlim keçib

Azərbaycan Dövlət Aqrar Universitetinin  alimlərinin regionlarda təlimləri davam edir.  Bu dəfə isə təhsil müəssisəsinin Aqrotexnologiya fakültəsinin dekanı, dosent Əfqan Hüseynovun təşkilatçılığı ilə Yerquruluşu kafedrasının müəllimləri Aygün Babayeva, Zahid Xəlilov, Araz Qasımov, Sədi Rüstəmov, Namiq Qasımov, Azər Allahverdiyev Hacıqabul rayonu Padar kənd inzibati ərazi dairəsində fermerlərə və kənd əhalisinə təlim keçiblər.

Təlimdə yerquruluşu istehsalat prosesi, yerquruluşu layihələndirilməsi, növbəli əkinlər sisteminin ərazilərinin təşkili və s. barədə ətraflı məlumat verilib, fermerləri maraqlandıran məsələlərə aydınlıq gətirilib.