Aqronomluq fakültəsində Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunan tədbir keçirilib

09 dekabr 2016-cı il tarixdə aqronomluq fakültəsinin professor-müəllim və tələbə kollektivinin iştirakı  ilə Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr  olunmuş “Nə qədər Azərbaycan, nə qədər bu millət var, Heydər xalqım deyəcək, xalq Heydər söyləyəcək ” adlı tədbir keçirilib. Tədbiri giriş sözü ilə fakültə dekanı, dosent Məhərrəm İsmayılov açmış, Ümummilli Liderin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, onun həyatından hazırlanmış video materiala baxılmışdır. Sonra ictimai elmlər və  multikulturalizim kafedrasının müəllimi Sevda Abdullayeva, aqronomluq fakültəsinin “su bioehtiyatları və akvabitkilər” ixtisasının birinci kurs tələbəsi Şamil Səfərov çıxış ediblər. Fakültənin tələbələri A.Novruzova, N.Verdiyeva,N.Həsənova, T.Qulamzadə, Ş.Yusifova, Z.Balakişiyeva, L.Bağırova, P.Ələkbərova, S.Hüseynova, E.Aslanova, E.Allahyarov, K.Dəmirov, N.Əslibəyova, Y.Abazaliyev və başqaları  şeir kompozisiyaları nümayiş etdiriblər. Tədbirin sonunda ADAU-nun tədris işləri üzrə prorektoru Anar Hətəmov çıxış etmişdir. Sonda fakültə üzrə  18 yaşı tamam olmuş tələbələr Ümummilli Lider Heydər Əliyevin əsası qoyulmuş Yeni Azərbaycan Partiyasına üzv olmaq üçün ərizə ilə müraciət etmişlər.