Aqronomluq fakültəsində Ümummilli lider Heydər Əliyevin 95 illiyinə həsr olunmuş birinci kurs tələbələri arasında bilik yarışması keçirilmişdir

2018-ci il mayın 05-də aqronomluq fakültəsində Ümummilli lider Heydər Əliyevin 95 illiyinə  həsr olunmuş  birinci kurs tələbələri  arasında bilik yarışması keçirilmişdir.  Fakültənin dekanı dosent Məhərrəm İsmayılov  tədbiri açaraq  

XX yüzillikdə təbiətin Azərbaycan xalqına bəxş etdiyi Heydər Əliyev kimi tərəqqipərvər bir şəxsiyyətin nəhəng siyasət meydanında atdığı qətiyyətli və inamlı addımları, onun  tarixdə danılmaz mövqeyini dəfərlərlə sübut etməsindən danışmışdır.     

Tədbirə Azərbaycan dövlətinin himni ilə başlanmışdır.

İctimai elmlər və multikulturalizm kafedrasının assistenti  Şəfa Musayeva , fakültənin tələbələri Orxan Muradzadə, Elnara Aslanova çıxış edərək Ümummilli lider Heydər Əliyevin həyat və yaradıcılığından bəhs etmişdirlər.

Sonra fakültənin ixtisasları üzrə təşkil edilmiş komandaları arasında  bilik yarışması başlamışdır.  7 komanda arasında keçirilən yarışmada su bioehtiyatları və akvabitkilər ixtisasının “su bioehtiyatları və akvabitkilər” komandası birinci yerə , aqronomluq ixtisasının (ingilis bölməsi)  “Agro Special Talented Group”u ikinci yerə layiq görülmüşdür.  Yarışın gedişində musiqi fasiləsi elan edilmişdir . Sonra komandalar  hədiyyələr və fəxri fərmanlara təltif edilmişdirlər.

Universitetin rektoru,AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov tədbirdə iştirak etmişdir.