Aqrar sahənin aktual problemlərinə dair ingilis dilində növbəti dəyirmi masa keçirilib

 ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərovun təşəbbüsü ilə yaradılmış, ingilis dili bilikləri olan gənc müəllimlər klubunun növbəti dəyirmi masası olmuşdur. Mərhum üzümçü alim, professor Famil Şərifovun adını daşıyan auditoriyada təşkil olunan dəyirmi masada torpaqşünaslıq və aqrokimya  kafedrasının dosent əvəzi, aqrar elmlər üzrə fəlsəfə doktoru Vüqar Bəşirov “Şoran və şorakət torpaqların idarə edilməsi” mövusunda çıxış etmişdir. Təqdimatdan sonra dəyirimi masa iştirakçılarının sualları məruzəçi tərəfindən cavablandırılmış, maraqlı müzakirələr aparılmışdır.

Qeyd etmək lazımdır ki, universitetdə ənənə halını almış dəyirmi masa hər həftə təşkil olunur.