"Aqrar İnkişaf Könüllüləri" Təşkilatınının Gəncə nümayəndəliyi silsilə təlimlərə davam edir

Azərbaycan Dövlət Aqrar Universitetinin Mühəndislik fakultəsinin tələbələrinə “Aqrar İnkişaf Könüllüləri” Təşkilatının Gəncə nümayəndəliyi tərəfindən “Ekoloji təmiz kənd təsərrüfatı haqqında Azərbaycan Respublikasının Qanunu” adlı təlim keçirilib. Təlim zamanı könüllülərə Azərbaycan Respublikasında əhalinin, torpağın, suyun, bitkilərin və heyvanların sağlamlığını və təhlükəsizliyini təmin edən ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı, emalı və dövriyyəsi ilə bağlı geniş məlumatlar verilib. 
Həmçinin könüllülərə Aqrar Sahədə baş verən yeniliklərdən danışılıb. Sonda Könüllülər arasında Ekoloji təmiz kənd təsərrüfatı mövzusunda müzakirə aparılıb.