ADAU-nun tələbə evində seminar keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) 2 saylı tələbə evində "Yaşıl Patrul- Ekoloji İctimai Nəzarətin yaradılması və regionlarda tətbiqi" haqqında seminar keçirilib.

Seminarı giriş sözü ilə açan tərbiyə işləri üzrə prorektor Aidə Qasımova bildirib ki,canlı aləmin mühafizəsi naminə keçirilən bu cür seminarlarda hər kəsin fəallıq göstərməsi onun insani və vətəndaşlıq borcudur. 

Daha sonra tələbələrə seminar haqqında ətraflı məlumat verilib.

 Sonda seminar iştirakçıları sertifkatla təltif olunub.