ADAU-nun Mühəndislik fakültəsində yeni il arzuları səsləndirilib

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il şənliyi Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Mühəndislik fakültəsində əsl bayram sevinci ilə qeyd edilib. Tədbirdən əvvəl təhsil müəssisəsinin Tərbiyə işləri üzrə prorektoru Aidə Qasımova yola salınan ilin uğurlarından danışıb, yeni ildə daha böyük uğurlara imza atılacağına ümidli olduğunu deyib.  

Sonra musiqili, əyləncəli bayram şənliyi başlayıb. Rəngarəng musiqi nömrələri tədbirə xüsusi rəng qatıb. Şaxta babanın gəlişi, professor-müəllim heyətinə və tələbələrə bayram təbriki böyük coşqu ilə qarşılanıb.