ADAU-nun Mühəndislik fakültəsində Ulu öndərin anım günü qeyd edilib

Azərbaycan Dövlət Aqrar Universitetinin Müəndislik fakültəsində Ulu öndərin anım günü qeyd edilib. Müəllim və tələbələrin iştirak etdiyi tədbirdə dahi şəxsiyyətin xidmətlərindən danışılıb, xatirəsi hörmətlə yad edilib.
Tədris işləri üzrə prorektor Anar Hətəmov bildirib ki, Azərbaycanın tarixi və taleyi Heydər Əliyevin adı ilə qırılmaz tellərlə bağlıdır. Xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəliş məhz onun adı ilə bağlıdır.
Tərbiyə işləri üzrə prorektor Aidə Qasımıva isə çıxışında Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövr ərzində daim ölkənin tərəqqisi üçün çalışdığını, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu və gələcək nəsillərinin taleyi üçün düşündüyü vətənini bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxardığını söyləyıb.
Digər çıxışçılar isə deyib ki, Heydər Əliyev böyük siyasi və dövlət xadimi, xalqın lideri olaraq hələ sağlığında canlı əfsanəyə çevrilib, buna görə də Heydər Əliyev fenomeni həmişə diqqəti cəlb edib.