ADAU-nun əməkdaşları Samuxda tələbələrlə görüşüb

 Bu gün dinamik inkişaf ömrü yaşayan  Azərbaycanda kənd təssərüfatı sahəsində əldə edilən nəticələr olduqca sevindiricidir. Ən saf iqlimə, münbit və məhsuldar torpaqlara malik ölkənin bu sahədə sürətli inkişafı isə təbii ki, birbaşa dövlətin bu sahəyə qayğısı və diqqəti ilə əlaqədardır. Önəmli olan  bir də odur ki, kəndd təssərrüfatının inkişafına Prezident İlham Əliyev  xüsusi qayğı ilə yanaşır, sərəncamlar verir, regionlarda müşavirələr keçirir və mühüm qərarlar qəbul edir. Bütün bunların hamısı aqrar sahənin kompleks inkişafı üçün güclü stimul verir.

Təbii ki, aqrar sahənin müasir standarta uyğun   inkişafı həm də güclü potensiala malik, eləcə də dünya təcrübəsinə yiyələnən kadrlardan keçir. Ölkədə isə aqrar sahə üzrə kadr hazırlayan yeganə təhsil müəssisəsi Azərbaycan Dövlət Aqrar Universitetidir. Son illərdədə isə bu təhsil müəssisəsi çox böyük inkişaf yolu keçib, cənab prezidentin iştirakı ilə iki müasir tələbə evi istifadəyə verilib. Bununla yanaşı maddi-texniki baza gücləndirilib, yeni tədris təcrübə sahələri, heyvandarlıq kompleksi, maşın-traktor parkı və digər zəruri sahələr yaradılıb. Bİr sözlə, ADAU-da təlabata uyğun kadr hazırlamaq üçün hər şərait yaradılıb. Kadr hazırlığı üçün yaradılan şəraitin ictimaiyyətə çatdırılması üçün də təhsil müəssisəsində ciddi işlər görülür.

ADAU-nun mətbuat xidmətinin rəhbəri Qalib Rəhimlinin sözlərinə görə təhsil müəssisəsinin  professor-müəllim heyyəti tez-tez bölgələrdə olur, yuxarı sinif şagirdləri ilə görüşür, abuturiyentləri dinləyir, onların suallarını cavablandırırlar. Daha bir görüş isə Samux rayonunda-Heydər Əliyev mərkəzində tələbə adını qazanan gənclərlə, eləcə də rayon ictimaiyyətinin nümayəndələri ilə baş tutub. Əvvəlcə Azərbaycan Dövlət Aqrar Universiteti haqqında tanıtım filmi nümayiş olunub. Görüşdə rayon İcra Hakimiyyətinin Başçısı Alı Qocayev ölkədə aqrar sahənin inkişafından danışıb, rayon iqtisadiyyatın əsasını kənd təsərrüfatının təşkil etdiyini bildirib. Həmçinin aqrar sahə üzrə ixtisas seçən tələbələr üçün kifayət qədər iş yerinin olduğunu diqqətə çatdırıb.

ADAU-nun tədris işləri üzrə prorektoru, dosent Anar Hətəmov isə təhsil müəssisəsinin mövcud uğurlarından, maddi texniki bazanın gücündən danışıb və xüsusi vurğulayıb ki, Prezident İlham Əliyevin göstərişi əsasında qəbul imtahanlarında  500 və daha çox bal toplayan, Azərbaycan Dövlət Aqrar Universitetinin kənd təsərrüfatı yönümlü ixtisaslarını seçən abituriyentlərə universitetin büdcədənkənar vəsaiti hesabına 200 (iki yüz) manat əlavə təqaüd veriləcək. A. Hətəmov onu da deyib ki, aqrar yönümlü ix­­tisasların hamısı dövlət sifarişlidir, yəni bütün təhsil xərcləri dövlət hesabınadır. 
Uni­versitet bundan əlavə  abituriyentlərə yüksək təhsillə yanaşı, müasir standartlara cavab verən yataqxana da vəd edir.

Universitetin məsul katibi Telman Musayev isə abituriyentlərə ixtisaslar və qəbul qaydaları haqqında söz açıb, ətraflı məlumatlar verib.

Görüşün sonunda samuxlu abituriyentləri maraqlandıran çoxsaylı suallar cavablandırılıb.