ADAU-nun Aqronomluq fakültəsində Bayraq Günü qeyd edilib

Azərbaycan Dövlət Aqrar Universtetinin Aqronomluq fakültəsində 9 noyabr Dövlət Bayrağı Gününə və 12 noyabr Konstitusiya Gününə həsr edilən tədbir Azərbaycan Respublikasının dövlət himni ilə başlayıb.

ADAU-nun  Tədris işləri üzrə prorektoru Anar Hətəmov, aqronomluq fakültəsinin dekanı, dosent Məhərrəm İsmayılov çıxış edib, bayrağımızın müqəddəsliyindən danışıblar.

Anar Hətəmov deyib ki, Bayrağımız qürur mənbəyimiz, and yerimizdir. Müqəddəs bir varlıq kimi üçrəngli bayrağımıza and içirik. Xalqımızın qəhrəmanlıq tarixindən gələn bu ənənə keçmişimizdə olduğu kimi bu gün də hər bir vətəndaşın üzərinə ciddi mənəvi məsuliyyət qoyur.

Şəhidlər abidəsi önündə keçirilən tədbirdə tələbələr bayraqla bağlı şerlər söyləyib, torpaqlarımızın azadlığı uğrunda canından keçənlərə ehtiramını bildirib.