ADAU-nun Aqronomluq fakültəsində 20 Yanvar şəhidləri yad edilib

Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olan 20 Yanvar hadisələrindən 30 il keçir. Keçmiş Sovet dövlətinin həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz insanlığa qarşı törədilən ən ağır cinayətlərdən biri kimi hər il anılır, xalqımızın şərəf tarixi kimi yad edilir. Azərbaycan Dövlət Aqrar Universitinin Aqronomluq fakültəsində keçirilən anım tədbirində də bildirilib ki, milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxan dinc əhaliyə silahlı təcavüz totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya nümayiş etdirdi.

Tədbirdə Aqranomluq fakültəsinin dekanı Məhərrəm İsmayılıov, Biologiya kafedrasının professoru Bəhmən Əliyev çıxışlarında 1990-cı il yanvarın 20-də Bakıda baş verən hadisələri Qarabağdakı erməni təcavüzündən ayrıca təhlil etməyin düzgün olmadığını bildirib. Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov isə faciənin mahiyyətindən danışaraq xalqın iradəsinin yenilməzliyindən, bu günün göz yaşı ilə deyil  qürurla xatırlanmasının önəmindən söz açıb. Ulu öndər Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinə tam siyasi-hüquqi qiymət verilidiyini, Prezident İlham Əliyevin şəhidlərin adını uca tutmasını, onların ailələrinin sosial problemlərinin həll edilməsinə xüsusi diqqət göstərdiyini vurğulayıb.

Sonda tələbələrin hazırladığı ədəbi-bədii kompozisiyalar və səhnələr nümayiş olunub, 20 yanvar gecəsində həlak olan şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edilib.