ADAU-da radikalizm, dini ekstremizm və terrorizmin fəsadları adlı tədbir keçirilib

Gəncə şəhər İcra Hakimiyyətinin ictimai, siyasi və humanitar məsələlər üzrə şöbəsi, DTK-nın Gəncə şəhər idarəsi və Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi Gəncə bölgəsi ilə birlikdə Azərbaycan Dövlət Aqrar Universitetinin Aqronomluq fakültəsində “Radikalizm, dini ekstremizm və terrorizmin fəsadları”  mövzusunda tədbir keçirib.

ADAU-nun mətbuat xidmətindən bildirilib ki, tədbiri giriş sözü ilə universitetin tədris işləri üzrə prorektoru, dosent Anar Hətəmov açıb. Sonra DTK-nın Gəncə idarəsinin nümayəndəsi çıxış edib. Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi Gəncə bölgəsinin müdiri Asif Əliyev  ölkədə radikalizm, dini ekstremizm və terrorizmin fəsadlarının qarşısının alınması yollarından danışıb. Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov çıxış edərək gənclər arasında bu kimi tədbirlərin tez-tez keçirilməsinin bəhəmiyyətindən söhbət açıb.

Tədbirin sonunda DQİDK-nin şöbə müdiri Asif Əliyev tələbələrin çoxsaylı suallarına ətraflı cavab verib.