ADAU-da bayraq günü münasibətilə intellektual yarışma keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetində bütün fakültələr üzrə “9 Noyabr-Azərbaycan Respublikasının Dövlət Bayrağı günü”nə həsr olunan Heydər Əliyev irsini öyrənirik” mövzusunda bilik yarışı keçirilib.

Yarışdan əvvəl təhsil müəssisəsinin Tərbiyə işləri üzrə prorektoru Aidə Qasımova bayrağın müqəddəsliyindən danışıb. Bildirib ki, Azərbaycan Respublikasının dövlət atributlarından, dövlətçilik rəmzlərindən biri onun Milli Bayrağı-Dövlət bayrağıdır. Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir.

Sonra yarışmaya start verilib. Sualları düzgün cavablandıran tələbələrə sertifikat təqdim edilib.