ADAU-da Bayrağımız-qürurumuzdur, Konstitusiyamız qanunumuzdur adlı konfrans keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetində  Aqrobiznes və idarəetmə fakültəsinin akt zalında “Bayrağımız-qürurumuzdur, Konstitusiyamız-qanunumuzdur!” adlı elmi-nəzəri konfrans keçirlib. Konfrans Dövlət himni ilə başlayıb.

ADAU-nun İctimai elmlər və multikulturalizm kafedrasının əməkdaşlarının keçirdiyi konfransda kafedra müdiri Azad Bayramov çıxışı zamanı deyib ki, üçrəngli  bayrağımız Azərbaycan suverenliyinin və müstəqilliyinin rəmzidir. Bayraq tarixən hər bir xalq üçün müqəddəs olub. İnsanlar öz dövlətlərinin bayraqlarına həmişə ehtiramla yanaşıblar.  Ona görə də, bayraq insanlar, xalqlar üçün həmişə müqəddəs hesab edilib. Bu mənada ölkəmizdə Dövlət Bayrağı Gününün qeyd olunması  həm dövlətimiz, həm də xalqımız üçün olduqca əlamətdar bir hadisədir, eyni zamanda keçib gəldiyimiz yola, tarixə qısa bir nəzər salmaq imkanıdır. Bayraq bizim müstəqilliyimizi dərk etməyimiz, onun qədrini-qiymətini bilməyimiz baxımından tapındığımız, kölgəsinə sığındığımız müqəddəs bir varlıqdır.

Baş müəllim Samirə  Qasımova,  müəllimlərdən Türkan Əhmədova, Təranə Əsədova, tələbələrdən Hürü Salmanova, İlkin Fərəcullayev, Nurdanə  Əhmədova isə Müstəqil Azərbaycanın ilk müstəqil bayrağının qəbul olunma tarixindən danışıb, konstitusiyanın humanizmiliyini təhlil ediblər.