ADAU-da “Amerika Mədəniyyət Günləri” proqramı çərçivəsində tələbələrlə musiqili görüş keçirilib

ADAU-da “Amerika Mədəniyyət Günləri” proqramı çərçivəsində tələbələrlə musiqili görüş keçirilib. Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyi tərəfindən, Amerika və Azərbaycan xalqları arasında qarşılıqlı anlaşmanı və dostluğu təşviq etmək məqsədilə 2016-cı ilin 13-21 may tarixlərində keçirilən “Amerika Mədəniyyət Günləri” adlı proqram çərçivəsində 19 may 2016-cı il tarixində Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) səfirlik əməkdaşlarının, habelə müsiqiçilər DJ CaveM və Alkemianın tələbələrlə görüşü keçirilib. Görüşdə DJ CaveM maraqlı müsiqi nömrələri ilə tələbələr qarşısında çıxış etmişdir. O, ABŞ-da ekoloji kənd təsərrüfatı və HipHop musiqisi ilə məşğul olur. Onun bütün mahnıları ekoloji təsərrüfata həsr olunur. Keçirilən görüşdə tədris işləri üzrə prorektor, dosent Anar Hətəmov qonaqları universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərovun adından salamlayıb. ABŞ-ın Azərbaycandakı Səfirliyinin nümayəndəsi Emi Piterson ADAU-da olmağından məmnunluğunu və göstərilmiş dəstəyə görə universitet kollektivinə minnətdarlığını bildirib. Görüşdən sonra qonaqlar universitetin maddi -texniki bazası ilə də yaxından tanış olublar.