ADAU-da 28 may - Respublika Gününə həsr olunmuş Voleybol yarışı keçirilmişdir

24-26 may 2017-ci il tarixində ADAU-da professor-müəllim və texniki işçi heyəti arasında universitet rəhbərliyi və Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə 28 may-Respublika Gününə həsr olunmuş Voleybol yarışı keçirilmişdir. Yarışlarda 6 fakültə komandası və şöbələrin 1 yığma komandası iştirak etmişdir. Yarım finalda şöbələrin yığma komandası - “Xan Çinar” (kapitan E.Verdiyev), Mühəndislik fakültəsinin komandası (kapitan E.Zeynalov), Aqrar iqtisadiyyat fakültəsinin komandası (kapitan B.Əliyev) və Aqrobiznes və idarəetmə fakültəsinin komandası (kapitan A.Həsənov) mübarizə aparmışdır. Mühəndislik fakültəsinin komandası şöbələrin yığma komandasını yenərək 3-cü yerin qalibi olmuşdur. Final isə Aqrar iqtisadiyyat fakültəsinin komandası Aqrobiznes və idarəetmə fakültəsinin komandasını 2:0 yenərək yarışın çempionu olmuşdur. Yarışlar hakimlər kollegiyasının baş katibi Gülüş Gözəlova, baş hakim Eldar İsgəndərov və hakim Fəxrəddin İsgəndərov tərəfindən idarə edilmişdir. Yarışın sonunda universitet rəhbərliyi adından Elmi işlər üzrə prorektor Nizami Seyidəliyev və Həmkarlar İttifaqı Komitəsinin sədri Vüsal Orucov qaliblərə və fəal oyunçulara fəxri fərman və pul mükafatları təqdim edilmişdir.