ABŞ-ın Texas A&M Universitetinin əməkdaşları universitetə səfər ediblər

ABŞ-ın Texas A&M Universitetinin professorları Steven Hauge və McCrockle,“AqroMərkəz” təşkilatının nümayəndəsi Üzeyir Topçubaşov ADAU-ya səfər ediblər. Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərovla görüşən qonaqlar universitetlərarası əlaqələrin inkişafı, tələbələrin mübadiləsi, pambıqçılıq sahəsində birgə layihələrin yerinə yetirilməsi məsələlərini müzakirə ediblər. Əməkdaşlığın ilkin mərhələsi kimi ADAU-nun bir qrup tələbəsinin göndərilməsi barədə razılığa gəlinib.