2018-ci il aprelin 02-də aqronomluq fakültəsində  2016-cı il aprel döyüşlərinin il dönümünə  həsr olunmuş  tədbir keçirilmişdir

 2018-ci il aprelin 02-də aqronomluq fakültəsində  2016-cı il aprel döyüşlərinin il dönümünə  həsr olunmuş  tədbir keçirilmişdir. Vətən müqəddəsdir nə alınmaz, nə satılmaz. Vətəni qorumaq üçün ürəkli olmaq lazımdır. Məhz aprel döyüşləri  bunun bariz nümunəsi idi.

Tədbiri  fakültənin dekanı, dosent Məhərrəm İsmayılov açaraq aprel döyüşləri haqqında məlumat vermişdir. Daha sonra ictimai elmlər və multikulturalizm kafedrasının baş müəllimi Elgün Aslanov zaman-zaman erməni təcavüzkarlarının Azərbaycan torpaqlarında törətdiyi vəhşiliklərdən və aprel döyüşlərinin qələbəsindən ,  torpaqşünaslıq və aqrokimya kafedrasının müdiri, dosent Arif Hüseynov Lələtəpə torpağının tarixindən söz açmışdırlar, şəhidlərin ruhuna “Fatihə” sürəsi oxunmuşdur. Daha sonra tədbir tələbələrin hazırladıqları  ədəbi-bədii kompozisiya ilə  davam etmişdir.