Xocalı soyqırımının iyirmi doqquzuncu ildönümünün keçirilməsi barədə
Azərbaycan Respublikasının Təhsil Nazirinin 10.02.2021-ci il tarixli F-42 nömrəli əmrinə əsasən
Xocalı soyqırımının iyirmi doqquzuncu ildönümünün Universitetdə keçirilməsi məqsədilə
ƏMR EDİRƏM
- Fakültə dekanlarına tapşırılsın ki, 2021-ci il fevralın 26-da ilk dərslərin Xocalı soyqırımına həsr edilmiş xüsusi dərslər keçirilsin.
- Fakültə dekanlarına tapşırılsın ki, ictimai təşkilatlarla birlikdə karantin rejiminin tələblərini nəzərə almaqla Xocalı soyqırımına həsr olunmuş onlayn tədbirlər keçirilsin.
- Fakültə dekanlarına tapşırılsın ki, ctimai təşkilatlarla birlikdə Xocalı faciəsi’nə dair virtual rəsm müsabiqəsi və sərgisi təşkil edilsin.
- Əmr Universitetin internet səhifəsində yerləşdirilsin.
- Ümumi şöbə (V.Hüseynova) əmrin çoxaldılaraq müvafiq struktur bölmələrə göndərilməsini təmin etsin.
- Əmrin icrasına nəzarət tərbiyə işləri üzrə prorektor A.Qasımovaya həvalə edilsin.
ƏSAS: tərbiyə işləri üzrə prorektor A.Qasımovanın təqdimatı.
R a z ı l a ş d ı r ı l m ı ş d ı r:
Tərbiyə işləri üzrə prorektor A.Qasımova
Baş hüquqşünas T.Rzayeva