GLİMMER- Kənd Təsərrüfatı Tədris Təkmilləşdirmə Layihəsi

GLİMMER- Kənd Təsərrüfatı Tədris Təkmilləşdirmə LayihəsiFəqan Ağayev
Layihə rəhbəri
(Agrocenter təşkilatının k/t bölməsinin rəhbəri, Glimmer layihəsinin Proqram rəhbəri)
e-mail: fagan.agayev@gmail.com

2017-2020-ci illər ərzində ADAU-da Agrocenter təşkilatı tərəfindən birgə əməkdaşlıq çərçivəsində GLİMMER- Kənd Təsərrüfatı Tədris Təkmilləşdirmə Layihəsi icra edilib.

Layihənin əsas məqsədi Azərbaycan Respublikasında kənd təsərrüfatının müxtəlif sahələrində faydalı ola biləcək yüksək ixtisaslı təcrübəyə əsaslanan aqronomik biliklərə malik kadrların yetişdirilməsidir.Tələbə və müəllimlərinin bilik səviyyəsinin artırılması və peşəkar aqronomik biliklərin çatışmazlığının aradan qaldırılmasına nail olmaq layihənin əsas hədəfi olmuşdur. Qeyd edilənlərə nail olmaq məqsədi ilə, 2017-2020-ci illər müddətində layihəyə qatılmaq üçün müraciət etmiş 520 tələbənin (3-cu kurs) ərizəsinə baxılmış, onlar ilə 2 turdan ibarət müsahibə keçirilmiş və 207 tələbənin layihəyə qatılması üçün şərait yaradılmışdır. Layihənin icrası müddətində 9 müəllim tərəfindən rus və azərbaycan dillərində olmaqla 1514 saat təlim verilmişdir. Təlimlər xüsusən narçılıq, fındıqçılıq, örtülü sahə tərəvəzçiliyi, pambıqçılıq, fitopatologiya və entomologiya istiqamətlərini əhatə etmişdir.

Üç il ərzində layihəni müvəffəqiyyətlə bitirən 59 tələbəyə sertifikatlar verilmiş və hal-hazırda onlardan bir çoxu müxtəlif bölgələrdə k/t qurumlarında işlə təmin edilmişdir.

Əlavə olaraq qeyd edim ki, layihə ilə bağlı əlavə məlumata ehtiyac yaranarsa Facebook üzərindən əldə edilə bilər:
https://www.facebook.com/Glimmer-Education-Program-280235926035649?locale=ru_RU

GLİMMER- Kənd Təsərrüfatı Tədris Təkmilləşdirmə LayihəsiGLİMMER- Kənd Təsərrüfatı Tədris Təkmilləşdirmə Layihəsi
Sosial şəbəkələrdə paylaş: