Aqrar istehsal strukturunun diversifikasiyasının iqtisadi əsaslandırılması

Aqrar istehsal strukturunun diversifikasiyasının iqtisadi əsaslandırılmasıƏmrahov Vahid
Layihə icraçısı:
(ADAU Aqrobiznes və idarəetmə fakültəsi; Marketinq kafedrasının dosenti)

e-mail: amrahovvt@mail.ru

Gəncə-Qazax iqtisadi rayonuna daxil olan hər bir rayon üzrə aqrar istehsal strukturunun diversifikasiyası üzrə aşağıdakı işlər yerinə yetirilmişdir:
torpaq resurslarının strukturu təhlil edilmiş, kənd təsərrüfatına yararlı torpaqlarla təmin olunma səviyyəsi araşdırılmış, ondan istifadə səviyyəsi müəyyənləşdirilmişdir;
əmək resurslarının strukturu təhlil edilmiş, məşğul əhalinin dinamikası və ümumi əmək resurslarının tərkibində tutduğu xüsusi çəki müəyyən edilmiş, məşğulluğa təsir edən amillər qiymətləndirilmişdir;
texniki resurslarla təmin olunmanın mövcud vəziyyəti araşdırılmış, ondan istifadə səviyyəsi müəyyənləşdirilmişdir;
su resursları ilə təmin olunmanın mövcud vəziyyəti araşdırılmış, ondan istifadə səviyyəsi müəyyənləşdirilmişdir;
maliyyə vəsaiti ilə təmin olunma səviyyəsi, o cümlədən kənd təsərrüfatı müəssisələrinin əldə etdikləri mənfəət, dotasiya və subsidiyanın məbləği, kreditlərin həcmi müqayisəli şəkildə təhlil edilmişdir;
emal müəssisələrinin istehsal istiqaməti, emal gücü, emal gücündən istifadə səviyyəsi araşdırılmışdır;
kənd təsərrüfatı məhsullarının sahə strukturu təhlil edilmiş, tədqiqat aparılan illər üzrə strukturda baş verən dəyişikliklərin istiqaməti və istehsalçıları cəlb edən istehsal sahələri müəyyənləşdirilmiş, cəlbediciliyi stimullaşdıran amillər araşdırılmışdır;
kənd təsərrüfatı məhsulları istehsalına çəkilən xərclər təhlil edilmiş, bazar qiymətlərinin dinamikası araşdırılmış, məhsul vahidinin maya dəyəri ilə qiymətlərin səviyyəsi arasındakı nisbət, asılılıq, fərq və onlara təsir edən amillər qiymətləndirilmişdir;
kənd təsərrüfatı məhsullarının sahə strukturu həm istehsal sahələri, həm də ümumi məhsulun dəyəri baxımından müəyyənləşdirilməklə istehsal xərclərinin və qiymətlərin sahə strukturunun formalaşmasındakı rolu müəyyənləşdirilmiş, bu göstəricilər arasındakı asılılığın səviyyəsi qiymətləndirilmişdir;
kənd təsərrüfatı potensialından səmərəli istifadə və iqtisadi cəhətdən daha üstün kənd təsərrüfatı sahələrinin inkişaf etdirilməsilə bağlı mövcud problemlər müəyyənləşdirilmişdir;
kənd təsərrüfatı məhsulları bazarının tələbatı müəyyən edilmiş, istehlak norması və əhalinin sayından asılı olaraq tələbin dəyişmə meyli, həmçinin tələblə təklif arasındakı asılılığın səviyyəsi müəyyənləşdirilmişdir;
diversifikasiya prosesinin nəticələri araşdırılmış, ayrı-ayrı istehsal sahələri üzrə əsas iqtisadi göstəricilər müqayisəli şəkildə təhlil edilmişdir;
əsas iqtisadi göstəricilərin müqayisəli qiymətləndirilməsi əsasında istehsal resursları ilə təmin olunma səviyyəsi nəzərə alınmaqla iqtisadi səmərə baxımından daha üstün istehsal sahələri müəyyənləşdirilmişdir.
Sosial şəbəkələrdə paylaş: