Doktoranturaya qəbul qaydaları

Doktoranturaların yaradılması və doktoranturaya qəbul qaydaları

Azərbaycan Dövlət Aqrar Universiteti fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə doktoranturaya və dissertanturaya qəbul elan edir


Azərbaycan Dövlət Aqrar Universiteti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 mart 2024-cü il tarixli 163 s nömrəli sərəncamı ilə təsdiq olunmuş plan əsasında 2024-cü il üçün fəlsəfə və elmlər doktoru proqramları üzrə dissertanturaya və doktoranturaya (əyani və qiyabi) qəbul elan edir.

Fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə doktoranturaya sənəd qəbulunun 16 aprel – 15 may 2024-cü il tarixlərində həyata keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, qeydiyyatı təsdiqlənən şəxslərin “Xarici dil” imtahanı Dövlət İmtahan Mərkəzi tərəfindən 9 iyun 2024-cü il tarixində keçiriləcək.

Xarici dil imtahanını müvəffəqiyyətlə verən şəxslərin Fəlsəfə fənni üzrə imtahanı 2,3,4 sentyabr, ixtisas imtahanı isə 9,10,11 sentyabr 2024-cü il tarixlərində baş tutacaq.

Əlavə olaraq bildiririk ki, doktoranturaya sənəd qəbulunun “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” (TMİS) vasitəsilə elektron qaydada həyata keçirilməsi planlaşdırılır.

Doktoranturaya sənəd təqdim etmək istəyən şəxslər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin portal.edu.az saytına daxil olmalı, orada “Ali və orta ixtisas təhsil müəssisələrinə tələbə qəbulu və qeydiyyatı” xidmətini seçərək təlimatlara uyğun olaraq qeydiyyatdan keçməlidirlər.

Qəbul şərtləri

1. Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən yaxud təhsili ona bərabər tutulan Azərbaycan Respublikasının vətəndaşları sənəd verə bilərlər.

Cari ildə magistraturanı bitirənlər, yəni 2-ci kurs tələbələri təhsildə fasilə verməmək məqsədilə doktoranturaya sənəd təqdim edə bilərlər və onlar hazırda diplom və arayış təqdim etmirlər. Lakin cari ilin 15 avqust tarixinə qədər bu şəxslər magistraturanı bitirmək haqqında diplom və ya magistraturanı bitirmək haqqında Arayışı (rektorun imzası və möhürlə) ali təhsil müəssisələrinə təqdim etməlidirlər. Əks təqdirdə “Fəlsəfə” fənni üzrə imtahanda iştirak edə bilməzlər.

2. Elmlər doktoru proqramı üzrə təhsil üçün seçdikləri sahədə elmi və ya elmi-pedaqoji nailiyyəti olan “Fəlsəfə doktoru” (elmlər namizədi) elmi dərəcəsi olan Azərbaycan Respublikasının vətəndaşları qəbul edilirlər.

3. Dissertantlıq yolu ilə fəlsəfə doktoru proqramına qəbul olunmaq üçün müvafiq tədqiqat sahəsində müvəffəqiyyətləri, əsas iş yeri ali təhsil müəssisəsi, elmi müəssisə və təşkilat olan, azı iki il elmi-pedaqoji stajı olan elmi və elmi-pedaqoji kadrlar müraciət edə bilərlər.

4. Doktorantura və ya dissertanturaya qəbul üçün aşağıdakı sənədlər təqdim edilməlidir:

• ərizə;
• kadrların şəxsi qeydiyyat vərəqi;
• tərcümeyi-hal;
• iş yerindən xasiyyətnamə;
• iş stajı olanlar üçün əmək kitabçasından çıxarış;
• çap olunmuş elmi əsərlərin siyahısı (elmi əsərlərin surətləri əlavə edilməklə) və ya seçilmiş ixtisasa aid olan mövzu üzrə referat;
• ali təhsil haqqında diplomların (diplomun) və qiymət cədvəllərinin (qiymət cədvəlinin) notarial qaydada təsdiq olunmuş surətləri (xarici ölkələrdə təhsil almış vətəndaşlar üçün təhsil haqqında sənədin tanınması haqqında Təhsil Nazirliyinin şəhadətnaməsi);
• şəxsiyyəti təsdiq edən sənədin surəti;
• fəlsəfə doktoru (elmlər namizədi) diplomunun notarial qaydada təsdiq edilmiş surəti (elmlər doktoru proqramı üzrə sənəd verənlər üçün).

Plan yerləri

Doktoranturaya qəbul qaydalarıDoktoranturaya qəbul qaydaları

Doktoranturaya (vətəndaş və əcnəbi) qəbulun elektron qeydiyyatı
Ali təhsil müəssisələrinə doktorant qəbulu üzrə e-müraciət sistemi TƏLİMATI

Əlavə məlumat üçün Elm şöbəsinə yaxınlaşa bilərsiz.
elm@adau.edu.az, 022 266 23 85


Sosial şəbəkələrdə paylaş: