Tohid Məmmədov

İnspektor

Texnika üzrə fəlsəfə doktoru, dosent

Azərbaycan Dövlət Aqrar Universitetinin Elm şöbəsinin doktorantura üzrə inspektor

e-mail: tohid.asau@gmail.com

Doğum tarixi

21 yanvar 1974-ci il

Təhsili, elmi dərəcəsi, elmi adı

1995-ci ildə Azərbaycan Dövlət  Aqrar Universitetinin Mühəndislik fakültəsini bitirib.

2010-ci ildə “Peyintəmizləyən transportyorun hidravlik ötürücüsünün tədqiqi və əsaslandirilması” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək texnika elmləri üzrə fəlsəfə doktoru  elmi dərəcəsi adını almışdır.

2015-ci ildən maşın mühəndisliyi və standartlaşdırma kafrdrasının dosenti

Əmək fəaliyyəti

21.02.2000-ci ildən 01.12.2006-ci ildək Maşın mühəndisliyi və standartlaşdırma kafedrasında tədris ustası

01.12.2006-ci ildən 21.01. 2009-ci ildək Azərbaycan Dövlət  Aqrar Universitetinin fəlsəfə doktoru proqramı ilə 3102.01 – Aqromühəndislik istisası üzrə əyani doktorant

27.01.2009-cu ildən 15.01.2013-cü ilədək Beynəlxalq əlaqələr şöbəsində mütəxəsis

01.12.2010-cu ildən maşın mühəndisliyi və standartlaşdırma kafedrasının assistenti 06.02.2013-cü ildən baş müəllimi 04.06.2013-cü ildən dosent əvəzi, 14.07.2015-ci ildən dosenti və 20.11.2014-cü ildən elm şöbəsinin doktorantura üzrə inspektor vəzifəsində çalışır.

Apardığı dərslər

Qarşılıqlı əvəzolunmanın əsasları, metrologiyanın əsasları, tətbiqi metrologiya, Xidmətlərin standartlaşdırılması və sertifikatlaşdırılması

Elmi yeniliyi

Heyvandarlıq təsərrüfatları üçün hidroötürücülü peyintəmizləyən qurğu

Tədqiqat sahəsi

Səyyar kənd təsərrüfatı aqreqatlarının istifadəsinin səmərəliliyinin artırılma metodlarının işlənməsi

Beynəlxalq treninqlər, simpozium və konfranslar

“Kənd təsərrüfatı mütəxəssislərinin hazırlanması problemləri: müasir vəziyyət, beynəlxalq təcrübə və yeni aqrar təhsil modeli” mövzusunda Beynəlxalq konfrans 2009-cü il- Təşkilatçı

ADAU-nun 80 illiyinə həsr olunmuş “Aqrar  təhsil  sistemində innnovasiya texnologiyalarının tətbiqi və beynəlxalq əməkdaşlıq formaları” mövzusunda Beynəlxalq konfrans 2010-cü il - Təşkilatçı

27 iyun – 17 iyul 2015-ci il tarixlərində Çin Xalq Respublikasında “Rusdilli ölkələr üçün iri miqyasda müasir kənd təsərrüfatının idarə edilməsi və istismarı” mövzusunda seminar  - sertifikat

Seçilmiş əsərləri

Dərsliklər

Qarşılıqlı əvəzolunmanın əsasları “MK” nəşriyyatı Bakı-2014 262 s.

Dərs və metodik vasitələr

  1. 1. Metrologiyanın əsasları fənnindən proqram, Azərbaycan Dövlət Aqrar Uni­ver­si­te­tinin nəşriy­yatı. Gəncə-2012, 12.s.
  2. 2. Tətbiqi metrologiya fənnindən proqram, Azərbaycan Dövlət Aqrar Uni­ver­si­te­tinin nəşriy­yatı. Gəncə-2012, 16.s.
  3. 3. Mfterialşunaslıq fənnindən proqram, Azərbaycan Dövlət Aqrar Uni­ver­si­te­tinin nəşriy­yatı. Gəncə-2012, 12.s.
  4. 4. Xidmətlərin standartlaşdırılması və sertifikatlaşdırılması, fənnindən proqram, Azərbaycan Dövlət Aqrar Uni­ver­si­te­tinin nəşriy­yatı. Gəncə-2013, 16.s.
  5. 5. Qarşılıqlı əvəzolunmanın əsasları fənni üzrə kurs işinin yerinə yetirilməsi üçün metodik göstəriş Azərbaycan Dövlət Aqrar Uni­ver­si­te­tinin nəşriy­yatı. Gəncə-2013, 44.s.
  6.  

Məqalələr

38 elmi əsər.

  • Hidroötürücülü TSH - 160 peyintəmizləyən transportyorun işinin tədqiqi, Aqrar Elm, №3, Moskva 2011,
  • Texniki ölçmələrdə və qarşılıqlı əvəz olunmada nanometrologiyanın tətbiqi ADAU-nun Elmi Əsərləri (Kənd təsərrüfatının mexanikləşdirilməsi, elektrikləşdirilməsi və texniki xidmət sahələri üzrə)  Gəncə, 2014, №1, s.45-47
  • Maşınqayırmada keyfiyyətin idarə olunması ADAU-nun Elmi Əsərləri (Kənd təsərrüfatının mexanikləşdirilməsi, elektrikləşdirilməsi və texniki xidmət sahələri üzrə)  Gəncə, 2014, №2, s. 47-50

Mikronizasiya texnikasinin təkmilləşdirilməsi, Aqrar elmin və təhsilin innovativ inkişafi: dünya təcrübəsi və müasir prioritetlər mövzusunda 2015-ci ilin Azərbaycan Respublikasında “Kənd təsərrüfatı ili” elan edilməsinə həsr olunmuş beynəlxalq elmi – praktik konfransın materialları oktyabr Gəncə- 2015