Abbas İsmayilov

Şöbə müdiri

Biologiya üzrə fəlsəfə doktoru, dosent

Azərbaycan Dövlət Aqrar Universitetinin Elm şöbəsinin müdiri

E-mail: abbas_ismayilli@yahoo.com; abbas1979@mail.ru

Doğum tarixi

18 aprel 1979-cu il

 

Təhsili, elmi dərəcəsi və elmi adı

2000-ci ildə Naxçıvan Dövlət Universitetinin təbiətşünaslıq fakultəsinin biologiya ixtisası üzrə bakalavriyat, 2002-ci ildə botanika ixtisaslaşması üzrə magistratura səviyyələrini bitirib.

2010-cu ildə “Naxçıvan Muxtar Respublikasında Gilançay hövzəsinin florası, bitkiliyi və onların fitomeliorativ əhəmiyyəti” mövzusunda fəlsəfə doktorluğu disertasiyası müdafiə edərək “biologiya” ixtisası üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır.

2013-cü ildən dosentdir.

Əmək fəaliyyəti

2015 - hazırda - Azərbaycan Dövlət Aqrar Universitetinin Elm şöbəsinin müdiri;

2014 - 2015-ci illər Azərbaycan Dövlət Aqrar Universitetinin Aqronomluq fakultəsinin “Bağçılıq” kafedrasında dosent;

2011 – 2014-cü illər AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun “Nəbatat” şöbəsində boyük elmi işçi;

2008 – 2011-ci illər AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun “Nəbatat” şöbəsində elmi işçi;

2004 – 2008-ci illər AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun “Bioresurslardan istifadə” şöbəsində kiçik elmi işçi;

2003 – 2004-cü illər AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun “Genefond”şöbəsində böyük laborant;

2001 – 2002-ci illər AMEA Naxçıvan Regional Elm Mərkəzi “Genetika və Seleksiya” laboratoriyasında böyük laborant;

2000 – 2005-ci illər Culfa rayon Göydərə kənd orta məktəbində biologiya müəllimi.

Apardığı dərslər

Magistratura, "Üzümçülük"

Magistratura, "Üzümün seleksiyası"

Magistratura, "Üzümün ilkin emalı"

Magistratura, "Tingçilik"

Bakalavriat, "Tərəvəzçilik"

Bakalavriat, "Bitki məhsullarından istifadənin texnologiyası"

Elmi yeniliyi

2003-2008-ci illərdə “Naxçıvan Muxtar Respublikasında Gilançay hövzəsinin florası, bitkiliyi və onların fitomeliorativ əhəmiyyəti” mövzusu istiqamətində geobotaniki tədqiqatlar aparılmışdır. Aparılan tədqiqatlar nəticəsində bir cins, 5 növ Naxçıvan MR florası üçün yeni aşkar edilmiş, Gilançay hövzəsinin florası üçün 1820 növ sporlu və toxumlu ali bitki müəyyən edilmişdir. Eyni zamanda bir çox bitki növlərinin isə yeni yayılma arealı göstərilmişdir. Hövzə florasının təsnifatı ilə yanaşı, onların sistematik, ekobiomorfoloji, coğrafi təhlili aparılmış, endemik, relikt, nadir və məhvolma təhlükəsində olan, hündürlük qurşaqları üzrə bitkiliklərdə yayılan nümayəndələri, yaz aspektləri, senozəmələgətirici və fitomeliorantları ilk dəfə göstərilmiş, təhliledici cədvəlləri tərtib olunmuşdur.

Hövzənin təbii fitosenozlarının tip və assosiasiya səviyyəsində müasir təsnifatı verilmiş, bir aralıq fitosenoz, 7 formasiya və 15 assosiasiya Naxçıvan MR bitkiliyi üçün yeni göstərilmişdir. Onların xəritə-sxemi hazırlanılmış, yayılması, növ tərkibi, quruluşu, komponentləri arasındakı qarşılıqlı əlaqələr tədqiq olunmuş, senozəmələgətiriciləri qeyd edilmişdir. Hövzənin təbii (edafik), zoogen və antropogen təsirli ekoloji amillərə məruz qalan əraziləri müəyyən edilmiş, onların bərpası üçün 408 növ ağac, kol, yarımkol, kolcuq və çiməmələgətirən çoxillik ot bitkilərindən ibarət fitomeliorantlar seçilmişdir. Fitomeliorantların kök sisteminin xüsusiyyətləri və qurşaqlar üzrə bitmə şəraiti öyrənilmiş, fitomelioratv tədbirlər planının xəritə-sxemi hazırlanmışdır.

2011-2014-cü illərdə Naxçıvan Muxtar Respublikasının yerli və kənardangəlmə ağac və kol bitkilərindən ibarət dendroflorasının genezisini, coğrafi mənşəyini və areal tiplərini müəyyən etmək üçün region ərazilərində floristik elmi-tədqiqat işləri aparılmışdır. Məlum olmuşdur ki, Naxçıvan Muxtar Respublikası ərazisində coğrafi mənşəyinə görə arealın kserofil tipinin Aralıq dənizi, Ön Asiya siniflərinə, İran əsas qrupuna və arealın boreal tipinin Avropa sinfinə daxil olan 128 növ yerli və kənardangəlmə ağac və kol bitkisi (53 növ ağac, 75 növ kol, 2 növ lian) yayılmışdır. Onlardan 86-sı (2 yarımnövü) təbii, 16-sı mədəni və 26-sı isə introduksiya olunmuş taksonlardır. Növlərin taksonomik tərkibinin işlənilməsi ilə yanaşı, mühafizə statuslu nadir (23 növ), endem (2 növ) və relikt (8 növ) nümayəndələri də göstərilmişdir. Alınan nəticələr isə məqalələr şəklində müxtəlif jurnallarda nəşr edilmişdir.

Mükafatlar, sertifikatlar

  1. “İnkişaf etməkdə olan ölkələr üçün toxum məhsulu istehsalı və idarəetməsi” mövzusu üzrə Çin Xalq Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Milli Aqro-Texniki İnkişaf və Xidmət Mərkəzinin təşkilatçılığı ilə keçirilən nəzəri-praktik seminarda iştirakına görə sertifikat, 26 iyun -16 iyul 2015;
  2. Resenziyalı məqalələrdə müəlliflik seminarı üzrə CRDF Qlobal şirkətinin Peşəkar Bacarıqlar Proqramının kursunu bitirdiyinə görə sertifikat, Bakı şəhəri, 19-21 may 2015;
  3. Maliyələşdriləcək Təklif konsepsiyasının hazırlanılması üzrə Mülki Tədqiqat və İnkişaf Fondu (TMC) ilə CRDF Qlobal şirkəti tərəfindən keçirilən seminarda iştirakına görə sertifikat, 1-3 aprel 2015;
  4. "Naxçıvan Muxtar Respublikasında rəsmi dərman bitkilərinin genefondunun müəyyənləşdirilməsi, təbii ehtiyatı bol olan rəsmi dərman bitkilərindən səmərəli istifadə olunması və mühafizəsinin elmi əsasları" mövzusunda Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun 2011-ci ilin 1-ci qrant müsabiqəsinin (EİF - 2011-1(3)) qalibi olmuş və uğurla yerinə yetirilmiş biologiya, tibb və aqrar elmləri sahəsinin botanika istiqaməti üzrə fundamental-tətbiqi xarakterli elmi-tədqiqat qrant layihəsində (EİF-2011-1(3)-82/55-3) iştirakına görə sertifikat, 2011 1 sen. – 2012 1 sen.;
  5. "İnformasiya və innovasiyalar: beynəlxalq təcrübə və müasir yanaşmalar" mövzusunda Beynəlxalq Elmi və Texniki İnformasiya Mərkəzi (BETİM) və Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Elmi İnnovasiyalar Mərkəzi (EİM) ilə birgə keçirilən beynəlxalq seminarda iştirakına görə sertifikat, 2011;
  6. “Naxçıvan Muxtar Respublikası florasında laləvər (Fritillaria L.) cinsinin öyrənilməsi” mövzusunda Naxçıvan Dövlət Universitetinin Tələbə Elmi Cəmiyyətinin konfransında qazandığı müvəffəqiyyətə görə təltif olunmuş birinci dərəcəli diplom, 2000.

Tədqiqat sahəsi

Biologiya, Botanika, Geobotanika, Bitki sistematikası, Bitki ekologiyası, Bitki coğrafiyası, Biomüxtəliflik, Flora, Bitkilik, Fitomeliorasiya, Tərəvəzçilik, Meyvəçilik və Üzümçülük.

Beynəlxalq treninqlər, simpozium və konfranslar

Beynəlxalq treninqlər

  1. "Qafqaz ekoregionunda bəbirlərin, yırtıcıların və onların qənimətlərinin qorunmasının monitorinqi" üzrə WWF Qafqaz proqramı, Avropa təşkilatının Bern Konvensiyasının və “IUCN/SSC Cat Specialist Group” unun təşkilatlığı ilə Gürcüstan Respublikasının Tibilisi şəhərində keçirilən seminar və treyninq kursunu bitirmiş, 16-19 may 2011;
  2.  “Bitki genetik ehtiyatlarının xəritələşdirilməsi və Coğrafi İnformasiya Sistemlerindən istifadə (GİS)” üzrə AMEA Genetik Ehtiyatlar İnstitutu və Quraq Ərazilərdə Kənd Təsərrüfatı Tədqiqatları üzrə Beynəlxalq Mərkəzin (İCARDA) təşkilatçılığı ilə Bakı şəhərində keçirilən treninq kursunu bitirmiş, 30-31 mart 2011;

Beynəlxalq simpoziumlar

İsmayılov A.H. Gilançay hövzəsində aparılan fitomeliorativ tədbirlərin elmi-praktik istiqamətləri / Naxçıvan Bu gün: islahatlar perspektivlər, beynəlxalq simpoziumunun materialları, 2008, s. 490-496

Beynəlxalq konfranslar

  1. İsmayılov A.H., İbrahimov Ə.Ş. Ordubad rayonunun Gilançay hövzəsinin mühafizə olunan bitkilərinin analizi / “Elm və texniki tədqiqatların perispektivliyi -2013” IX Elmi-praktiki konfransın materialları, 07-15 noyabr 2013, Ekologiya, Coğrafiya və Geologiya, Przemysl, 2013, Cild 30, s. 15-22,

url: http://www.rusnauka.com/32_PRNT_2013/Ecologia/6_149259.doc.htm

  1. Talıbov T.H., İbrahimov Ə.Ş., İsmayılov A.H., Ələkbərov R.Ə. Naxçıvan Muxtar Respublikası florasında rəsmi dərman bitkilərinin taksonomik spektri // AMEA Botanika İnstitutu, “Faydalı bitkilərdən istifadənin aktual problemləri” mövzusunda Beynəlxalq konfransın materialları, 26-28.10.2011, s. 189-195
  2. İsmayilov A.H. Naxçıvan Muxtar Respublikasının Gilançay hövzəsinin mühafizə statuslu bitkiləri // Biomüxtəliflik və bitkilərin introduksiyası, AMEA Mərkəzi Nəbatat Bağının 75 illiyinə həsr olunmuş beynəlxalq elmi konfransın materialları, Bakı, 23-24 sentyabr, 2009, II hissə, s. 225-230

Respublika konfransları

  1. İsmayılov A.H. Gilançay hövzəsinin səhra və yarımsəhra bitkiliyi / Azərbaycanda elmin inkişafı və regional problemlər elmi konfransının materialları, 2005, s. 372-376

Regional konfranslar

  1. İsmayılov A.H. Naxçıvan MR-də vaxtsızotu (Colchicum L.) növünün yayılması // Naxçıvan Dövlət Universiteti, Naxçıvan Muxtar Respublikasının flora və faunasının tədqiqi elmi konfransının materialları, 2002, s. 33-34

Seçilmiş əsərləri

  1. Talıbov T.H., İbrahimov Ə.Ş., İbrahimov Ə.M., Ələkbərov R.Ə. İsmayılov A.H., Quliyev V.B., Qurbanov Ə.K. Naxçıvan Muxtar Respublikasının rəsmi dərman bitkiləri, Naxçıvan 2014, 467 s.
  2. Azərbaycan Respublikasının “Qırmızı Kitabı” 2-ci nəşrində, Naxçıvan Muxtar Respublikasının flora və faunasına aid istifadə olunan fotoşəkillərin müəllifi və həmmüəllifi kimi fəaliyyət göstərmişdir. Bakı, 2013.

Dərsliklər

  1. İbadullayeva S.C., Mustafayeva İ.R., Ələkbərov R.Ə., İsmayilov A.H., Qasımov H.Z., Qasımova Ş.Ş. Farmakoqnoziya botanikanın əsasları ilə. Naxçıvan 2015,  644 s.

Dərs və metodik vəsaitlər

Üzümçülük fənni üzrə (050702-Aqronomluq üzrə ali təhsilin magistr pilləsi üçün)  proqram, 2015.

İbrahimov Ə.Ş., Nəbiyeva F.X., İsmayılov A.H. Çin acı qovunu – Momordica charantia L. Naxçıvan Muxtar Respublikasının florası üçün yeni və faydalı bitkidir, buklet.

Məqalələr

Beynəlxalq dövri jurnallarda çap olunmuş məqalələr

  1. Avgan B., Talıbov T., İsmayılov A., Fətullayev P., Əsgərov E., Breitenmoser U. Naxçıvanda bəbirin ilk əsaslı sübutu // Journal Cat News, Stampfli Publikationen AG, Bern, İsveçrə, 2012, № 57, s. 33, url: http://www.catsg.org/catnews/02_webarchive/news-nr57-2012/content-nr57-2012.htm#Article 16
  2. İsmayılov A.H., İbrahimov Ə.Ş. Azərbaycan Respublikasının Ordubad rayonunun Gilançay hövzəsinin endemik və relikt bitkiləri // Dağıstan Dövlət Pedaqoji Universitetinin Xəbərləri, Təbit və Dəqiq Elmlər, Maxaçqala, 2009, №1, s. 75-79, url: http://elibrary.ru/item.asp?id=12913124

Respublika dövri jurnallarında çap olunmuş məqalələr

  1. Novruzov A.R., Mustafayeva L.Ə., İsgəndərov A.T., Seyidov M.M., İsmayılov A.H. Naxçıvan MR florasının Rosa L. (Rosaceae) cinsi növləri // AMEA-nın Xəbərləri (biologiya və tibb elimləri), 2012, Cild 67, №3, s. 137-142
  2. İsmayilov A.H. Gilançay hövzəsinin meşə və kolluq bitkiliyi // AMEA Botanika İnstitutunun Elmi əsərləri, 2009, Cild 29, s. 318-319
  3. İsmayılov A.H. Gilançay hövzəsi florasının sporlu və çılpaqtoxumlu ali bitkiləri // AMEA-nın Xəbərləri, Biologiya elimləri, 2008, Cild 63, №5-6, s. 196-200
  4. İbrahimov Ə.Ş., Nəbiyeva F.X., İsmayılov A.H. Hedypnois cretica (L.) Dum.-Cours. Naxçıvan MR florası üçün yeni növdür // AMEA-nın məruzələri, 2008, Cild 64, №4, s. 71-74
  5. İsmayılov A.H. Gilançay hövzəsinin dağ-bozqır bitkiliyi // AMEA Botanika İnstitutunun Elmi Əsərləri, 2007, Cild 27, s. 29-34
  6. İsmayılov A.H. Gilançay hövzəsinin otlaq və biçənək sahələri, onlardan səmərəli istifadə // Azərbaycan Aqrar Elmi, Elmi-nəzəri jurnal, 2006, №5-6 (214), s. 180-183
  7. İsmayılov A.H. Naxçıvan MR-in Gilançay hövzəsi florasında yayılmış yeni növlər // Azərbaycan Respublikası “Təhsil” cəmiyyəti “Bilgi” dərgisi, Kimya, Biologiya, Tibb jurnalı, 2004, №6 (22), s. 76-78

Regional dövri jurnallarında çap olunmuş məqalələr

  1. İsmayılov A.H. Naxçıvan Muxtar Respublikası ərazisində yayılmış İran mənşəli ağac və kol bitkilərinin sistematikası // AMEA Naxçıvan Bölməsinin Xəbərləri, təbiət və texniki elmlər, 2014, №2, Cild 10, s. 135-144
  2. İbrahimov Ə.Ş., Nəbiyeva F.X., İsmayılov A.H. Çin acı qovunu – Momordica charantia L. Naxçıvan Muxtar Respublikasının florası üçün yeni və faydalı bitkidir // Naxçıvan Dövlət Universitetinin Elmi əsərləri, təbiət elmləri və tibb seriyası, 2013, №2 (55), s. 75-79
  3. İsmayılov A.H. Naxçıvan Muxtar Respublikası ərazisində Ön Asiya dendroflorasına daxil olan yerli və kənardangəlmə bəzi ağac və kol bitkilərinin taksonomik tərkibi // AMEA Naxçıvan Bölməsinin Xəbərləri, təbiət və texniki elmlər, 2013, №2, Cild 9, s. 138-145
  4. İsmayılov A.H. Naxçıvan Muxtar Respublikası ərazisində Aralıq dənizi dendroflorasına daxil olan yerli və kənardangəlmə bəzi ağac və kol bitkilərinin taksonomik tərkibi // Naxçıvan Dövlət Universitetinin Elmi əsərləri, təbiət elmləri və tibb seriyası, 2013, №1 (49), s. 23-28
  5. İsmayılov A.H. Naxçıvan Muxtar Respublikası ərazisində Avropa dendroflorasına daxil olan yerli və kənardangəlmə bəzi ağac və kol bitkilərinin taksonomik tərkibi // AMEA Naxçıvan Bölməsinin Xəbərləri, təbiət və texniki elmlər, 2012, Cild 8, №4, s. 169-176
  6. Talıbov T.H., İbrahimov Ə.Ş., İbrahimov Ə.M., İsmayılov A.H., Ələkbərov R.Ə. Naxçıvan Muxtar Respublikası ərazisində yayılmış rəsmi dərman bitkilərinə aid bəzi yabanı meyvə ağac və kolların təbii ehtiyatı // AMEA Naxçıvan Bölməsinin Xəbərləri, təbiət və texniki elmlər seriyası, 2012, Cild 8, №2, s. 49-58
  7. Talıbov T.H., İsmayılov A.H. Naxçıvan Muxtar Respublikasının yaşıllaşdırılmasında istifadə olunan ağac və kol introdusentlər // Naxçıvan Müəllimlər İnstitutunun Xəbərləri, 2011, №3 (27), s. 75-81
  8. İsmayılov A.H., Novruzova E.S. Naxçıvan Muxtar Respublikasında qıjıların yayılması // AMEA Naxçıvan Bölməsinin Xəbərləri, təbiət və texniki elmlər, 2011, Cild 7, №4, s. 149-154
  9. İsmayılov A.H. Naxçıvan Muxtar Respublikasında yayılmış sallaq tozağacı (Betula pendula Roth) bitkisi və onun istifadə imkanları // Naxçıvan Dövlət Universitetinin Elmi əsərləri, təbiət elmləri və tibb seriyası, 2011, №2 (38), s. 23-28
  10. İsmayılov A.H. Gilançay hövzəsinin petrofil (qaya-töküntü) bitkiliyi // AMEA Naxçıvan Bölməsinin Xəbərləri, təbiət və texniki elmlər, 2011, Cild 7, №2, s. 131-135
  11. İsmayılov A.H. Gilançay hövzəsinin su-bataqlıq bitkiliyi // AMEA Naxçıvan Bölməsinin Xəbərləri, təbiət və texniki elmlər, 2010, Cild 6, №4, s. 135-140
  12. İsmayılov A.H. Gilançay hövzəsinin çəmən bitkiliyi // AMEA Naxçıvan Bölməsinin Xəbərləri, təbiət və texniki elmlər, 2010, № 2, s. 117-124
  13. İsmayılov A.H. Gilançay hövzəsi florasının fitomeliorantları // AMEA Naxçıvan Bölməsinin Xəbərləri, təbiət və texniki elimlər seriyası, 2009, №4, s. 127-132
  14. İsmayılov A.H. Gilançay hövzəsi bitkilərinin hündürlük qurşaqları üzrə yayılma qanunauyğunluqları // AMEA Naxçıvan Bölməsinin Xəbərləri, təbiət və texniki elimlər seriyası, 2009, №2, s. 149-155
  15. İsmayılov A.H. Gilançay hövzəsinin ağac və kolları, onların fitomeliorativ əhəmiyyəti // Naxçıvan Dövlət Universitetinin Elmi əsərləri, təbiət elmləri və tibb seriyası, 2009, №1 (26), s. 51-57
  16. İbrahimov Ə.Ş., İsmayılov A.H. Gilançay hövzəsi florasının coğrafi təhlili // AMEA Naxçıvan Bölməsinin Xəbərləri, təbiət və Texniki Elimlər seriyası, 2008, №4, s. 43-50
  17. İsmayılov A.H. Gilançay hövzəsi florasının eko-biomorfoloji təhlili // AMEA Naxçıvan Bölməsinin Xəbərləri, təbiət və texniki elimlər seriyası, 2008, №2, s. 190-196
  18. İsmayılov A.H. Gilançay hövzəsi florasının sistematik təhlili // AMEA Naxçıvan Bölməsinin Xəbərləri, təbiət və texniki elimlər seriyası, 2007, №4, s. 137-144
  19. İsmayılov A.H. Gilançay hövzəsinin flora və bitkiliyinin tədqiqi tarixi // AMEA Naxçıvan Bölməsinin Xəbərləri, təbiət və texniki elimlər seriyası, 2007, №2, s. 112-118
  20. İsmayılov A.H. Zanbaqçiçəklilər (Liliaceae Juss.) və Acıçiçəkkimilər (Gentianaceae Juss.) fəsilələrinə daxil olan bəzi növlərin Kiçik Qafqazın cənub-qərb yamaclarında yeni yayılma sahələri // Naxçıvan Dövlət Universitetinin Xəbərləri, 2006, №1(19), s. 46-48
  21. İsmayılov A.H. Gilançay hövzəsinin friqanoidli dağ-kserofit bitkiliyi // AMEA Naxçıvan Bölməsinin Xəbərləri, təbiət və texniki elimlər seriyası, 2006, №5, s. 159-163
  22. İsmayılov A.H. Gilançay hövzəsinin erkən yaz florası // AMEA Naxçıvan Bölməsinin Xəbərləri, təbiət və texniki elimlər seriyası, 2006, №3, s. 151-157
  23. Talıbov T.H., İbrahimov Ə.M., İsmayılov A.H. Nuh yurdu Naxçıvanım // АМЕА Naxçıvan Bölməsinin xəbərləri, 2005, №1, s. 148-152
  24. İsmayılov A.H. Naxçıvan MR florasında laləvər (Fritillaria L.) cinsinin öyrənilməsi // Naxçıvan Elmi-Tədqiqat Bazasının əsərləri, 2002, s. 77-79

Qrant layihələri

Beynəlxalq qrant layihələri

  1. "Çəyirdəkli meyvə bitkilərinin xəstəlikləri və davamlı genotiplərin axtarışı" mövzusunda AMEA Genetik Ehtiyatlar İnstitutu ilə Fransa, Almaniya, Türkiyə və Çin alimlərinin birgə apardığı geniş həcimli beynəlxalq qrant layihəsinin iştirakçısı, 2010-2013;
  2. "Qafqaz ekoregionunda bəbirlərin, yırtıcıların və onların qənimətlərinin qorunmasının monitorinqi" mövzusunda Qafqaz proqramı üzrə WWF Beynəlxalq təşkilatının Azərbaycan nümayəndəliyinin, “IUCN/SSC Cat Specialist Group”unun və Azərbaycan MEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun əməkdaşlarının birgə apardığı beynəlxalq qrant layihəsinin iştirakçısı, 2009-2012;
  3. "Cənubi Qafqaz regionunda BGE-nin öyrənilməsi və toplanması" mövzusunda ABŞ Kənd Təsərrüfatı Departamenti və Quraq Ərazilərdə Kənd Təsərrüfatı Tədqiqatları üzrə Beynəlxalq Mərkəzin (İCARDA), AMEA Genetik Ehtiyatlar İnstitutu ilə birgə apardığı geniş həcimli beynəlxalq qrant layihəsinin iştirakçısı, 2007-2010;

Respublika qrant layihələri

  1. "Naxçıvan Muxtar Respublikasında rəsmi dərman bitkilərinin genefondunun müəyyənləşdirilməsi, təbii ehtiyatı bol olan rəsmi dərman bitkilərindən səmərəli istifadə olunması və mühafizəsinin elmi əsasları" mövzusunda Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun 2011-ci ilin 1-ci qrant müsabiqəsinin (EİF-2011-1(3)) qalibi olmuş və uğurla yerinə yetirilmiş biologiya, tibb və aqrar elmləri sahəsinin botanika istiqaməti üzrə fundamental-tətbiqi xarakterli elmi-tədqiqat qrant layihəsinin (EİF-2011-1(3)-82/55-3) iştirakçısı, 2011 1 sen. – 2012 1 sen.;
  2. "Ənənəvi bitki seleksiyası və biotexnoloji imkanlar vasitəsi ilə BGE-nin istifadəsinin gücləndirilməsi" mövzusunda FAO-Azərbaycan qrant layihəsinin iştirakçısı, 2009-2011;

Beynəlxalq ekspedisiyalar

  1. "Tərəvəz bitkilərinin genetik ehtiyatlarının, xüsusilə Spinacia və Asparagus cinslərinə aid növlərin öyrənilməsi və hüceyrə plazması nümunələrinin toplanılması üzrə Beynəlxalq Ekispedisiya" Niderland Krallığı Genetik Ehtiyatlar Mərkəzinin Bölmə müdiri Dr. Christoffel Kiklə Muxtar Respublikanın ayrı-ayrı ərazilərinə edilən Beynəlxalq ekispedisiyalarda iştirak edilmişdir, 05-09 iyn. 2011-2012;
  2. "Çəyirdəkli meyvə bitkilərinin xəstəlikləri və davamlı genotiplərin axtarışı" qrant layihəsinin icrası ilə əlaqədar Türkiyənin Malata şəhərindən gəlmiş İnönü Üniversitesi Ziraat Fakültesi Dekanı Prof. Dr. Bayram Murat Asmayla birgə Muxtar Respublikanın ayrı-ayrı ərazilərinə 3 günlük Beynəlxalq ekispedisiyada iştirak edilmiş, birgə İran İslam Respublikasının Təbriz şəhərindəki Bağçılıq elmi tədqiqat İnstitutuna gedilmişdir, 2011 Sen.
  3. "Çəyirdəkli meyvə bitkilərinin xəstəlikləri və davamlı genotiplərin axtarışı" qrant layihəsinin icrası ilə əlaqədar Fransanın Bordo şəhərində yerləşən tanınmış elm mərkəzi olan İNRA-nın (İnstitut National dela Recherche Aqronomique - Milli Kənd Təsərrüfatı İnstitutu) alimlərindən Veronique Decroocq, Stephane Decroocq, David Tricon və Stephanie Mariette ilə birgə Naxçıvan Muxtar Respublikasının ayrı-ayrı ərazilərinə edilən 4 günlük Beynəlxalq ekispedisiyada iştirak edilmişdir, 27-30 İyl. – 2010;

“Naxçıvan - Gəmiqaya” 4 günlük Beynəlxalq ekispedisiyada iştirak edilmişdir, 17-20 İyl. – 2005