Azərbaycan Respublikasının Prezidenti, Zati - aliləri cənab İLHAM ƏLİYEVƏ

Möhtərəm cənab Prezident,

30 oktyabr 2018-ci il tarixli Sərəncamınızla Azərbaycan Dövlət Aqrar Universitetinin  2 aliminə   “Əməkdar müəllim” fəxri adının verilməsinə, 2 aliminin “Tərəqqi” medalı ilə təltif olunmasına görə Sizə rektorluq, professor - müəllim heyəti və ictimai təşkilatlar adından  səmimi qəlbdən  təşəkkür edirik. Kollektivimiz bu rəğbətləndirilməni Sizin Universitetimizə xüsusi diqqətiniz və qayğınızın yeni bariz nümunəsi kimi qəbul edir, bizi daha yaxşı çalışmağa ruhlandırır.

Möhtərəm Prezident,

Sizə bütün kollektivimiz adından möhkəm cansağlığı, uzun ömür, doğma Azərbaycanımızın daha da tərəqqisi naminə  yeni-yeni nailiyyətlər arzu edirik.

 

Səmimi hörmətlə,

Rektor                                                                                               İbrahim Cəfərov