Universitetə qəbul olan abituriyentlərin (I mərhələdən sonra) və magistraturanın boş qalan plan yerlərinə qəbul olan bakalavrların qeydiyyat müddəti uzadılıb

Universitetə qəbul olan abituriyentlərin (I mərhələdən sonra)  və magistraturanın boş qalan plan yerlərinə qəbul olan bakalavrların qeydiyyatı avqustun 28-dək uzadılıb.

Universitetə qəbul olan abituriyentlər və bakalavrlar 28 avqust saat 17:00‑dək  sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Qəbul olanların təhsil müəssisəsində qeydiyyatdan keçməməsi onların yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir.

Universitetin boş qalan plan yerlərinə qəbul olan abituriyentlərin qeydiyyatı isə avqustun 31-dək davam edəcək.

Qeydiyyatdan keçmək üçün aşağıdakı sənədlər tələb olunur:

1.Təhsil haqqında sənədin əsli

a) orta məktəb məzunları üçün attestatın əsli;

b) ali və ya orta ixtisas təhsil müəssisələrinin məzunları üçün diplomun əsli;

2.Şəxsiyyət vəsiqəsinin surəti – 2 nüsxə;

3.Hərbi bilet və ya qeydiyyat uçot vərəqinin surəti – 2 ədəd;

4. 3x4 sm ölçüdə rəngli fotoşəkil – 6 ədəd;

5.Ödənişli əsaslarla qəbul olunanlar üçün – təhsil haqqının ödənilməsi haqqında qəbzin surəti – 2 nüsxə;

6. Təhsil haqqından azad olunmaq hüququna malik olanlar üçün müvafiq sənədlərin (vəsiqələrin) natorial təsdiqi

 

 Tel: 022 256 89 63                           Qəbul komissiyası