Ümummilli lider Heydər Əliyevin anadan olmasinin 96-ci ildönümünə həsr olunmuş elmi-praktik konfransı

AZƏRBAYCAN RESPUBLİKASI KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ

AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ

 

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN ANADAN OLMASININ 96-cı İLDÖNÜMÜNƏ HƏSR OLUNMUŞ ADAU ƏMƏKDAŞLARININ 2018-Cİ İLİN ELMİ-TƏDQİQAT İŞLƏRİNİN YEKUNLARINA DAİR ELMİ-PRAKTİK KONFRANS KEÇİRİLMƏSİ NƏZƏRDƏ TUTULMUŞDUR

Hörmətli həmkarlar!

Sizi 2019-cu il mayın 7-də Azərbaycan Dövlət Aqrar Universitetində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş ADAU əməkdaşlarının 2018-ci ilin elmi-tədqiqat işlərinin yekunlarına dair elmi-praktiki konfransında iştirak etməyə dəvət edirik.

Konfransın işçi dilləri: Azərbaycan, türk, rus və ingilis

Konfransda iştirak forması: Əyani

Konfransda aşağıdakı bölmələr üzrə məruzələr qəbul olunur:

  • Aqronomluq bölməsi üzrə
  • Aqrotexnologiya bölməsi üzrə
  • Baytarlıq təbabəti və zoomühəndislik bölməsi üzrə
  • Mühəndislik bölməsi üzrə
  • Aqrar iqtisadiyyat bölməsi üzrə
  • Aqrobiznes və idarəetmə bölməsi üzrə

Məruzələrin tərtib olunma qaydaları:

  • Məruzələr azərbaycan, rus və ingilis dillərindən (elektron variantda) birində qəbul olunur;
  • Məruzənin mətni 3-5 səhifə həcmində, kompyuterdə Microsoft Word formatında, Arial şriftlə (hərflərin ölçüsü -12 pt., interval – 1.5, abzas - 1.25), sətirdən-sətrə keçirilmədən yığılmalı, boş sahələrin ölçüləri soldan - 25 mm, sağdan -15 mm, yuxarı və aşağıdan - 20 mm olmalıdır;
  • Mətnin əvvəlində, ortadan qalın və böyük hərflərlə məruzənin adı (azərbaycan, rus və ingilis dillərində), altından bir sətir boş buraxmaqla adi və kiçik hərflərlə məruzəçinin elmi dərəcəsi, elmi adı, adı, atasının adı, soyadı, onun altında işlədiyi təşkilatın və şəhərin adı, ondan da altda müəllifin elektron poçt ünvanı, bir sətir boş buraxılmaqla abzasdan kursiv və kiçik hərflərlə məqalənin yazıldığı dildə qısa xülasə, 5-10 sözdən ibarət açar sözlər yazılmalıdır.
  • Məruzədə istifadə edilmiş istinadlar kvadrat mötərizədə [Məmmədov, 2013] müəllifin və ya müəlliflərin soyadı və çap ili qeyd olunmaqla,  istifadə olunmuş ədə­biyyatların siyahısı isə mətnin sonunda əlifba sırası ilə göstərilməlidir.
  • Məruzələr 2019-cu il aprelin 30-dan gec olmayaraq conference.adau2019@gmail.com email ünvanına göndərilməlidir.
  • Ünvan: Gəncə şəhəri, Atatürk prospekti, 450, ADAU-nun İnzibati binası, otaq № 23, AZ2000
  • Tel: (+99422) 266 23 85
  • Web: www.adau.edu.az

QEYD: Məruzənin əvvəlində bölmənin adını mütləq göstərin.                                                     

                                                                                                                                                                            ADAU-nun Elm Şöbəsi