Meşəçilik ixtisası tələbələrinin nəzərinə

Əziz tələbələr!!!

Gürcüstan Kənd Təsərrüfatı Universitetinin Meşəçilik fakültəsi və Qulisaşvili Meşəçilik İnstitutunun birgə təşkil etdiyi, Şota Rustaveli Milli Elm Fondu tərəfindən maliyyələşdirilən "Mövsümi meşəçilik məktəbi -2016" adlı layihə çərçivəsində meşəçilik ixtisası üzrə təhsil alan magistrant və doktorant tələbələr üçün  27 iyun - 03 iyul tarixlərində yay məktəbi elan edir. 

Yay məktəbi əsasən iki istiqamətdə planlaşdırılıb.

1) Meşə və iqlim dəyişkənliyi 

2) Meşə ekosistemləri və biomüxtəliflilik

Yay məktəbində müvafiq yerli və aparıcı Avropalı (Polşa, Almaniya və İtaliya) professor və mütəxəssislər tərəfindən təlimlər nəzərdə tutulub. 

Vacib tarixlər:

Qeydiyyatın başlanması – 31 May 2016 
Qeydiyyatın bitməsi - 17 İyun 2016
Yay məktəbinin başlanması - 27 İyun 2016
Yay məktəbinin bitməsi– 03 İyul 2016

Yay məktəbinə qeydiyyat onlayn şəkildə aparılır və aşağıdakı linkdən istifadə edib qeydiyyatdan keçə bilərsiniz.

https://docs.google.com/a/agruni.edu.ge/forms/d/1rDpNhPuDzl4Xjb969WkLYlp2FPa-KejFqaDZqm05pWg/viewform?edit_requested=true 

Yay məktəbi ərzində yemək və qalmaq xərcləri təşkilatçılar tərəfindən ödənilir, yol xərci iştirakçılar tərəfindən ödəniləcəkdir.

Ətraflı məlumat üçün: http://agruni.edu.ge/en/node/1412

Əlavə suallarınız olarsa: 

Mob. (+995) 591 19 39 69
E-Mail m.bachilava@agruni.edu.ge 
Əlaqələndirici şəxs – Maia Bachilava