Akademik Məmmədtağı Cəfərovun anadan olmasının 80-ci ildönümünə həsr olunmuş Respublika Elmi-Praktik-Konfransı

AZƏRBAYCANDA TORPAĞIN MÜNBİTLİYİNİN ARTIRILMASI YOLLARI

RESPUBLİKA ELMİ-PRAKTİK KONFRANSI

GƏNCƏ 08 İYUL 2016

Məruzələrin tərtib olunma qaydaları:

  • Məruzələr azərbaycan, rus və ingilis dillərindən (bir nüsxədə və elektron variantda) birində qəbul olunur;
  • Məruzənin mətni 3-5 səhifə həcmində, kompyuterdə Microsoft Word formatında, Arial şriftlə (hərflərin ölçüsü -12 pt., interval – 1.5, abzas - 1.25), sətirdən-sətrə keçirilmədən yığılmalı, boş sahələrin ölçüləri soldan - 25 mm, sağdan -15 mm, yuxarı və aşağıdan - 20 mm olmaqla, A4  formatlı standart (210x297 mm) kağızda çap olunmalıdır;
  • Mətnin əvvəlində, ortadan qalın və böyük hərflərlə məruzənin adı(azərbaycan, rus və ingilisdillərində), altından bir sətir boş buraxmaqla adi və kiçik hərflərlə məruzəçinin elmi dərəcəsi, elmi adı, adı, atasının adı, soyadı, onun altında işlədiyi təşkilatın və şəhərinadı, ondan da altda müəllifin elektron poçt ünvanı, bir sətir boş buraxılmaqla abzasdan kursiv və kiçik hərflərlə 3 dildə (azərbaycan, rus və ingilisdillərində) 200-250 sözdən ibarət xülasə, 5-10 sözdən ibarət açar sözlər yazılmalıdır.
  • Məruzədə istifadə edilmiş istinadlar nömrəsi və istifadə səhifəsi ilə birgə mətnin içərisində kvadrat mötərizədə [4, s. 213] verilməlidir. İstifadə olunmuş ədə­biyyatların siyahısı mətnin sonunda əlifba sırası ilə və AAK-ın tələblərinə uyğun göstərilməlidir.
  • Məruzələr 08 iyun 2016-cı il tarixindən gec olmayaraq Azərbaycan Dövlət Aqrar Universitetinin Elm şöbəsində qəbul edilir.

Ünvan: Gəncə şəhəri, Atatürk prospekti 450, Azərbaycan Dövlət Aqrar Universiteti, İnzibati bina, I mərtəbə, otaq 17, Elm şöbəsi.

Poçt indeksi: AZ-2000,

Tel: (+99422) 256 5733; 266 2385;

Faks: (+99422) 256 2408

E-mail:adau.konfrans@gmail.com;

Web:www.adau.edu.az

Məruzə mətninin tərtibat nümunəsi: