MÜSABİQƏ ELAN EDİLİR

Təhsil nazirinin 9 mart 2011-ci il tarixli 400 nömrəli əmri ilə təsdiq olunmuş “Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması Qaydaları”nın tələblərinə müvafiq olaraq təyinolunma müddətləri başa çatmış aqronomluq, baytarlıq təbabəti və zoomühəndislik fakültələrinin dekanı, bitkiçilik və bitki mühafizəsi, epizootologiya, mikrobiologiya, dillər, mühasibat uçotu və audit kafedralarının müdiri vəzifələrini tutmaq üçün müsabiqə elan edilir. Elan “Respublika” qəzetinin 05 aprel 2016-cı il tarixli 70-ci  (5521) nömrəsində dərc olunmuşdur. Mövcud “Qaydalar”ın tələbələrinə uyğun sənədləri elan dərc olunduğu gündən başlayaraq 1 ay ərzində rektorun adına yazılmış ərizə ilə birlikdə bu ünvana təqdim etmək lazımdır.

Gəncə şəhəri, Atatürk prospekti, 450, tel: 256-00-56; 256-89-57

REKTORLUQ