Həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan ADAU tələbələrinin nəzərinə!

“Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamından irəli gələn məsələlərin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 aprel 2020-ci il tarixli 138 nömrəli qərarı olmuşdur. Qərara əsasən Azərbaycan Respublikasının təhsil müəssisələrində normativ təhsil müddətində ödənişli əsaslarla əyani təhsil alan (təkrar ali və orta ixtisas təhsili istisna olmaqla) və sosial baxımdan aşağıdakı həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin 2020-ci ildə tədris semestrləri (yarımillikləri) üçün təhsil haqqı xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödənilir:

  1. Ünvanlı dövlət sosial yardımı alanlar
  2. Hər iki valideyni (tək valideyni olduqda isə həmin şəxs) və ya qanuni nümayəndələri aşağıdakı kateqoriyaların hər hansı birinə aid olanlar
  3. I və II dərəcə əlilliyi olan şəxslər
  4. İşsiz kimi qeydiyyatda olanlar
  5. Yaşa görə əmək pensiyaçıları
  6. Yaşa görə sosial müavinət alanlar

 (Qərarın tam mətni ilə linkə daxil olmaqla tanış ola bilərsiniz. https://nk.gov.az/az/document/4381/)

Qeyd olunan kateqoriyaya aid olan tələbələr əlavə olunmuş formanı aşağıda qeyd olunan sənədlərin elektron surətini sosial.adau@gmail.com elektron poçt ünvanına göndərməldirlər.  

1.Şəxsiyyəti təsdiq edən sənəd

2.Doğum haqqında şəhadətnamə

3.Şəhadətnamədə göstərilən valideynlərin şəxsiyyətini təsdiq edən sənəd

4.Tək valideyn olduqda digər valideynin ölüm haqqında şəhadətnaməsi

5. Qanuni nümayəndələrlə münasibətdə məhkəmənin müvafiq qərarı və nümayəndələrin şəxsiyyətini təsdiq edən sənədlər

6.Valideynlərin və ya qanuni nümayəndələrin sosial statusunu (ÖDSY alan ailə, qeydiyyatdan keçmiş işsiz, I və  II dərəcə əlil, yaşa görə əmək pensiyaçısı, yaşa görə sosial müavinət alan) təsdiq edən sənədlər.

Elektron məktubun “mövzu” hissəsində tələbənin fakültəsi, ixtisası, kursu və təhsil aldığı bölmə göstərilməlidir.

Nəzərə alın ki, qeyd olunan Qərarda aşağıdakı kateqoriyadan olan tələbələrin təhsil haqqı xərcinin dövlət büdcəsinin hesabına ödənilməsi nəzərdə tutulmamışdır:

  1. Təkrar ali təhsil alan tələbələr
  2. Normativ təhsil müddətindən çox təhsil alan tələbələr
  3. Əyani təhsil almayan tələbələr

Sualları sosial.adau@gmail.com elektron poçt ünvanına və ya müvafiq fakültənin dekanlarına birbaşa ünvanlaya bilərsiniz.

  1. Aqronomluq fakültəsi, dekan Məhərrəm İsmayılov: 050-324-77-15
  2. Baytarlıq təbabəti və zoomühəndislik fakültəsi, dekan Famil Nəsibov: 050-218-59-57
  3. Mühəndislik fakültəsi, dekan Cəmaləddin Məmmədov: 055-348-55-48
  4. Aqrotexnologiya fakültəsi, dekan Əfqan Hüseynov:055-224-33-42
  5. Aqrar iqtisadiyyat fakültəsi, dekan Asəf Qasımov: 055-572-09-57
  6. Aqrobiznes və idarəetmə fakültəsi, dekan Əlöysət Əsgərov: 050-356-15-41
  7. Magistr Hazırlığı Mərkəzi, direktor Aqil Mustafayev: 055-48204-24

      REKTORLUQ