Erasmus+ proqramı müsabiqə elan edir

Tələbə və Müəllimlərin nəzərinə!!!

Erasmus+ mübadilə proqramı çərçivəsində Polşanın Lublin Təbiət Elmləri Universiteti 1 müəllim (dərs demək üçün) və 1 tələbə (1 semestrlik təhsil) üçün müsabiqə elan edir. Qeyd: tələbəyə aylıq 800 avro təqaüd və 360 avro yol xərci, müəllim üçün 140 avro gündəlik (7 gün) və 360 avro yol xərci ödənilir.

Önəm verilən ixtisaslar: Bağçılıq, Baytarlıq, Bitkiçilik, Heyvandarlıq. Tələbə 2 və ya 3 kurs tələbəsi olmalıdır, ingilis dilini mükəmməl bilməlidir.

28.10.2019 – tarixində Seçim müsabiqəsi keçiriləcəkdir (yer, vaxt). Beynəlxalq Əlaqələr Şöbəsi , Atatürk pr. 450, otaq 26, saat 15.00 .