Doktorantura təhsilini Fransada almaq istəyənlərin nəzərinə!

Curie Institutu, IC-3i Beynəlxalq Doktorantura proqramı çərçivəsində 2018-ci ilin oktyabr ayında 12 nəfəri Doktoranturaya qəbul edir.

Bu proqram, doktorantları 3 illik təqaüd, yüksək səviyyəli disiplinlərarası, sektoral və xüsusi karyera inkişaf planları çərçivəsində beynəlxalq peşə hazırlığı ilə təmin edir. Təbiət elmləri üzrə doktorluq tədqiqat layihələri Curie İnstitutunun prioritet sahəsidir:

✓ Biologiya və radiasiya kimyası, Hüceyrə siqnalizasiyası və Xərçəng
✓ İnkişaf, Xərçəng, Genetika və Epigenetika
✓ İnteqrativ Şiş Biologiyası, İmmunologiya və Ətraf Mühit
✓ Multi-miqyaslı Fizika-biologiya-Kimya və Xərçəng

Daha ətraflı məlumat almaq üçün: training.curie.fr/ic3iphd linkinə keçid ala bilərsiniz.
Müraciətin son tarixi: 18 yanvar 2018