“Azərbaycan Respublikasında Zərərvericilərə Qarşı İnteqrə Edilmiş Mübarizə Metodlarının tətbiqi və təşviqi üzrə dəyirmi masa”

Tədbirin adı: “Azərbaycan Respublikasında Zərərvericilərə Qarşı İnteqrə Edilmiş Mübarizə Metodlarının tətbiqi və təşviqi üzrə dəyirmi masa” 

Tədbirin keçirilmə yeri: Azərbaycan Dövlət Aqrar Universiteti

Tədbirin keçirilmə tarixi: 10 mart 2016-cı il

“Kənd Təsərrüfatının  Rəqabət Qabiliyyətinin Gücləndirilməsi” (KTRQG) layihəsi 12 iyun 2014-cü il  tarixində  Azərbaycan Respublikası və Dünya Bankı  arasında  imzalanmış 8286-AZ  nömrəli  Kredit Sazişi əsasında icra olunur.

Layihənin məqsədi sanitariya və fitosanitariya xidmətlərinin gücləndirilməsi, seçilmiş dəyər zəncirlərinin gücləndirilməsi və aqrobiznes müəssisələrinə maliyyə xidmətlərinin göstərilməsi vasitəsilə kənd təsərrüfatı istehsalçılarının bazarlara çıxışlarına köməklik göstərməkdir.

Layihənin  Bitki Sağlamlığı və Fitosanitar Xidmətə Dəstək sub-komponenti çərçivəsində Zərərvericilərə Qarşı İnteqrə Olunmuş Mübarizə Tədbirləri üzrə təlimlərin keçirilməsi üçün aidiyyəti qurumlar arasında fikir mübadiləsini təşviq etmək, habelə Layihə çərçivəsində planlaşdırılmış təlimlərin səmərəli və yüksək səviyyədə təşkil etmək məqsədi ilə 10 mart 2016-cı il tarixdə dəyirmi masa keçiriləcəkdir.

Dəyirmi masada Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Dövlət Aqrar Universitetinin, Bitki Mühafizəsi və Texniki Bitkilər üzrə Elmi Tədqiqat İnstitutunun, Elmi Tədqiqat Əkinçilik İnstitutunun, Elmi Tədqiqat Tərəvəzçilik İnstitutunun, Elmi Tədqiqat Üzümçülük İnstitutunun bu sahədə çalışan mütəxəssislərinin iştirakı nəzərdə tutulmuşdur.

Tədbir nəticəsində Zərərvericilərə Qarşı İnteqrə Edilmiş Mübarizə Metodlarının tətbiqi üzrə təlimlərin keçirilməsi üçün prioritet bitkilər, təlim keçiriləcək regionlar, təlim mövzuları və təlimlərin keçirilmə tarixi müəyyən ediləcəkdir.