Azərbaycan Dövlət Aqrar Universitetində British Council tərəfindən IELTS imtahanın keçirilməsinə dair elan

IELTS imtahanına hazırlaşan Aqrar universitetin bütün müəllim, tələbə və texniki heyətinin diqqətinə çatdırılır ki, Universitetin British Council təşkilatı ilə əldə olunmuş razılığına əsasən, iştirakçıların yetərli sayı (30 nəfər) toplandığı halda British Council IELTS imtahanını Gəncə şəhərində (universitetin imtahan mərkəzində) keçirəcək. İmtahan tarixi 10 Fevral 2018 müəyyən edilmişdir. Nəzərinizə çatdıraq ki, IELTS imtahanının qiyməti 300 AZN-dir lakin Universitetin müəllim, tələbə və texniki heyyəti üçün imtahanın qiyməti 150 manat məbləğində müəyyən edilmişdir və qalan vəsait Universitet tərəfindən ödəniləcəkdir. İmtahanda iştrak etmək istəyən şəxslər, yetərli sayın müəyyən edilməsi üçün Universitetin Beynəlxalq şöbəsində ilkin qeydiyyat üçün müraciət edə bilərlər.

İlkin qeydiyyat üçün tələb olunan sənədlər:

1.Şəxsiyyət vəsiqəsi

2. Tələbə bileti