ADAU tələbələrinin nəzərinə!!!

 

Əgər sizdə Almaniyanın aparıcı kənd təsərrüfatı müəssisələrində 4-6 aylıq təcrübə keçmək istəyirsinizsə, onda bu imkan əsil sizlər üçün yaradılıb. Almaniyanın APOLLO e.V təşkilatı kənd təsərrüfatı təhsilini başa vurmuş, aqrar sahədə çalışan və ilkin iş təcrübəsinə malik olan gənc mütəxəssisləri proqramda iştirak etməyə dəvət edir. Təcrübə proqramı aşağıdakı istiqamətlər üzrə təşkil edilir:

- Aqronomiya, bitkiçilik;

- Baytarlıq, heyvandarlıq;

- Kənd təsərrüfatı mühəndisliyi və mexanikləşdirilməsi;

- Aqrar iqtisadiyyat, aqrar menecment;

- Kənd təssərrüfatı məhsullarının emalı.

Qeyd: Son müraciət tarixi: 31 yanvar 2016. Yaşayış, tibbi siğorta, viza, beynəlxalq

nəqliyyat xərcləri Almaniya tərəfindən ödənilir və bununla yanaşı 570 Avro

miqdarında aylıq təqaüd nəzərdə tutulmuşdur. Proqram iyul ayından başlanır.

Tələblərə cavab verən iştirakçılara məhdudiyyət qoyulmur. Namizədlərdən alman

və ya ingilis dillərini B1-B2 səviyyəsində bilmələri tələb olunur.

Əlavə məlumat: http://www.apollo-online.de/index.php?s=Traineeprogramm