“Akademik Cəlal Əliyevin irsinin öyrənilməsi” mövzusunda gənc tədqiqatçıların elmi-praktik konfransı

Azərbaycan Respublikası Prezidentinin 22 may 2018-ci il tarixli  “Akademik Cəlal Əliyevin 90 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamının icrası ilə  əlaqədar təsdiq olunmuş tədbirlər planına əsasən 28 sentyabr 2018-ci il tarixində Azərbaycan Dövlət Aqrar Universitetində  “Akademik Cəlal Əliyevin irsinin öyrənilməsi” mövzusunda gənc tədqiqatçıların elmi-praktik konfransı keçiriləcəkdir.

Konfransda iştirak etmək istəyən namizədlər məqalələri  http://www.psg24.com/adauconference internet səhifəsinə və ya elm.sh.adau@gmail.com elektron ünvanına göndərə bilərlər.

Ünvan: 450, Atatürk prospekti, Gəncə şəhəri

ADAU-nun İnzibati binası

022-256-03-51

022-266-23-85