ADAU rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov tələbələr üçün qəbul günləri elan edir

 Əziz tələbələr!

Bildiyiniz kimi, Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov fakültələrdə Sizlərlə mütəmadi olaraq görüşür, rəy və təkliflərinizi dinləyir ki, bu da tədrisin, maddi-texniki təchizatın, tələbələrin asudə vaxtının səmərəli təşkilinin mövcud vəziyyətini qiymətləndirmək vəa daha səmərəli qərarlar qəbul olunmasında mühüm rol oynayır.  Bu görüşlərlə yanaşı,  universtetdə  tələbəyə yönəlik işlərin davamı olaraq, təkliflərinizi daha yaxından dinləmək, qaldırılan məsələləri operativ həll etmək məqsədilə rektor Sizlər üçün universitetin  inzibati binasında qəbul günləri təşkil edir. Qəbullar hər həftə aşağıda göstərilən gün və saatlarda olacaqdır.

1-ci növbədə təhsil alan tələbələr:

Çərşənbə günü, saat 15:00

 

2-ci növbədə təhsil alan tələbələr

Cümə axşamı, saat 12:00

 

Ünvan: Gəncə şəhəri, Atatürk prospekti 450.

ADAU-nun İnzibati binası

Tel: 022-256-57-33

E-mail: office@adau.edu.az