ADAU-da tələbələrlə görüş davam edir.

Azərbaycan Dövlət Aqrar Universitetinin Tələbə Gənclər Təşkilatı universitetin Baytarlıq Təbabəti və Zoomühəndislik fakültəsinin I kursunda təhsil alan tələbələrlə görüş keçirib.
Tələbə Gənclər Təşkilatının sədri Valeh Əsədov universitetdə tələbələrin iştirakı ilə görülmüş işlər, gənclərlə birgə maraqlı layihələrin həyata keçirilməsi, onların asudə vaxtlarının səmərəli təşkili, bilik səviyyələrinin və dünyagörüşlərinin artırılması məqsədilə yaradılan hər cür şərait haqqında ətraflı məlumat verib.Daha sonra universitetin tələbələrindən ibarət sosial şəbəkələrdə qrupların yaradılması geniş müzakirə olunub. 
Görüşün sonunda ali məktəbdə ilk addımlarını atan tələbələri maraqlandıran suallar cavablandırılıb.