ADAU-da tələbələrin startap müsabiqəsi elan olundu

Azərbaycan Dövlət Aqrar Universitetidə  (ADAU) tələbələrin innovativ ideyalarının dəstəklənməsi üçün hərtərəfli şərait mövcuddur. Yaradılmış yeni təsisatlar, o cümlədən aqrobiznes inkubasiya mərkəzi,  aqrokimya, toxumçuluq, qapalı və açıq balıqyetişdirmə,  kənd təsərrüfatı maşınlarının intellektual idarə edilməsi laboratoriyaları, quşçuluq, bildirçin, süni mayalanma tədris mərkəzləri, maşın-traktor parkı, heyvandarlıq kompleksi, bitki və baytarlıq klinikaları, pataloji anatomiya muzeyi-auditoriyası tələbələrimizin innovativ ideyalarının, startap layihələrinin həyata keçirilməsinə şərait yaradır. Bu imkanlardan səmərəli istifadə etmək, tələbələrimizin startap ideyalarını dəstəkləmək və elmə olan marağını stimullaşdırılmaq məqsədilə startap layihələrinin müsabiqəsi elan olnur.

Müsabiqəyə təqdim olunan layihələr aşağıdakı sahələri əhatə etməlidir:

  • Universitetdə istehsal olunan məhsulların “ADAU brendi”nin yaradılması
  • ADAU-da qida dəyəri zəncirinin inkişafı
  • Aqrar yönümlü universitetlərdə texnoloji parklar
  • Ekoloji kənd təsərrüfatı məhsullarının marketinqi
  • Elektron kənd təsərrüfatı
  • Aqrar sahədə alternativ enerji mənbələrindən istifadə
  • Kənd təsərrüfatında mütərəqqi suvarma üsullarının tətbiqi
  • Kənd təsərrüfatı bitkilərinin xəstəlik və zərərvericilərdən qorunması
  • ADAU-da “yaşıl market”in yaradılması

Layihələrin qəbulunun son tarixi: 20 dekabr 2017-ci il

Koorindator: dosent Nazim Nadirov

Ünvan: Gəncə şəhəri, Ozan küçəsi 201, Mühəndislik korpusu, 4-cü mərtəbə, 416-cı otaq

Telefon: (050) 222 22 07

 (022) 256 55 61

E-mail: office@adau.edu.az

Qalib layihələr aşağıdakı kimi  mükafatlandırılacaq:

              1-ci yer-500 manat

              2-ci yer-300 manat

              3-cü yer-200 manat