ADAU-da “Bir tələbə-bir fermer” layihəsi

Respublikamızda yeganə ali aqrar təhsil müəssisəsi olan Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) tələbələrin praktik bilik və bacarıqlarının artırılması, təhsil-təcrübə sinerjisinin formalaşdırılması, tətbiq olunan innovativ texnologiyaların mənimsənilməsi,  kəndli və fermerlərə yaxınlığın təmin edilməsi  məqsədilə “Bir tələbə-bir fermer” layihəsinə start verir.

Tələbələrin fəaliyyət istiqamətləri:

  • Fermerlərin texnoloji sahələrdə problemlərini dinləmək, onları universitetin müvafiq mütəxəssisləri ilə əlaqələndirmək;
  • Aqrar sahənin kadr ehtiyaclarını öyrənmək, bu barədə universitet rəhbərliyinə təkliflər vermək;
  • Tətbiq olunan innovasiyaları öyrənmək və universitetdə tədris prosesi ilə əlaqələndirmək;
  • Universitetdə əldə olunan nəzəri bilikləri fermerlərə təklif etmək və onların nəticələrini sınaqdan keçirmək;
  • Fermerlərin həyat tərzi ilə yaxından tanış olmaq;
  • Gənc mütəxəssislərin aqrar sahənin əmək şəraitinə inteqrasiyası məsələlərini öyrənmək.

Qeydiyyatdan keçmək arzusunda olan tələbələr müvafiq fakültənin dekanlığına müraciət etməlidirlər.

Qeydiyyat üçün son tarix: 1 noyabr 2019-cu il

Layihəyə qoşulmaq arzusunda olan tələbələr tanıdıqları fermerləri sərbəst və ya  ya Dövlət Aqrar İnkişaf Mərkəzlərinin təqdim etdiyi siyahıdan seçə bilərlər.

Pilot olaraq  layihənin Göygöl, Samux və Şəmkir rayonlarının fermerləri ilə həyata keçirilməsi nəzərdə tutulub.