EGE Universiteti ilə ADAU arasında ikitərəfli ikili diplom proqramları

EGE Universiteti ilə ADAU arasında ikitərəfli ikili diplom proqramları

EGE Universiteti ilə Azərbaycan Dövlət Aqrar Universiteti arasında ikitərəfli ikili diplom proqramları barədə müqavilə imzalanması

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 noyabr tarixli sərəncamı ilə təsdiq edilmiş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) Türkiyənin Ege Universiteti ilə imzalanmış Anlaşma Memorandumuna, habelə Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Türkiyənin Ali Təhsil Şurası tərəfindən təsdiq olunmuş protokola uyğun olaraq 2020/2021-ci tədris ilində bakalavriat səviyyəsində “Aqronomluq”, “Bitki mühafizəsi”, “Aqromühəndislik” və “İqtisadiyyat” ixtisaslarına beynəlxalq ikili diplom proqramları üzrə yalnız dövlət sifarişi əsasında (ödənişsiz) tələbə qəbulu elan edir.

Tələbələrin qəbulu Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarının nəticələri əsasında aparılacaqdır.

EGE Universiteti ilə ADAU arasında ikitərəfli ikili diplom proqramlarıEGE Universiteti ilə ADAU arasında ikitərəfli ikili diplom proqramlarıEGE Universiteti ilə ADAU arasında ikitərəfli ikili diplom proqramları
Sosial şəbəkələrdə paylaş: