ADAU və ODU arasında magistratura səviyyəsində “Beynəlxalq kənd təsərrüfatı” ixtisaslaşması üzrə ikili diplom proqramı

ADAU və ODU arasında magistratura səviyyəsində “Beynəlxalq kənd təsərrüfatı” ixtisaslaşması üzrə ikili diplom proqramı2019-cu ilin noyabrın 7-də kənd təsərrüfatı naziri İnam Kərimovun rəhbərlik etdiyi nümayəndə heyətinin Oklahoma-Azərbaycan Kənd Təsərrüfatı Forumunda iştirak etmək məqsədilə Amerika Birləşmiş Ştatlarına səfəri çərçivəsində Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə Oklahoma Dövlət Universiteti (ODU) arasında anlaşma memorandumu imzalanıb. Müqaviləni ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov və ODU-nun Rektoru, Baş vitse-prezidenti Gary Sandefur imzalayıblar.

Kənd Təsərrüfatı Nazirliyinin növbəti dəstəyi ilə, 2020-ci ilin noyabrın 17-də hər iki təhsil müəssisəsi arasında təhsil sahəsində strateji tərəfdaşlıq sazişi imzalanıb. Saziş özündə ABŞ-ın nüfuzlu təhsil müəssisələrindən biri olan ODU ilə ADAU arasında təhsil və tədqiqat sahələrində əməkdaşlığı genişləndirməklə bağlı müddəaları özündə əks etdirir. İmzalanan sənəd Azərbaycanla Oklahoma ştatı arasında illərdir inkişaf edən səmərəli əməkdaşlığın xarakterinə uyğun olmaqla hər iki ali təhsil müəssisəsi imzalanan sazişlə öz üzərlərinə bərabər və qarşılıqlı faydaya əsaslanan əməkdaşlıq fəaliyyəti ilə bağlı öhdəliklər götürüblər. Bu cür fəaliyyətlər universitetlər arasında mütəxəssis və tədqiqatçı alimlərin mübadiləsini, təlim, tədqiqat, araşdırma sahəsində əməkdaşlığı genişləndirməyi nəzərdə tutur. ADAU və ODU bu istiqamətdə qarşılıqlı fəaliyyətin həyata keçirilməsində bir-birilərini strateji tərəfdaş olaraq tanıyırlar. Sazişə əsasən, ADAU-nun magistrantları “Beynəlxalq kənd təsərrüfatı” ixtisası üzrə bir il ODU-da təhsil alacaqlar. Bu zaman onlar strateji tərəfdaş olan təhsil müəssisəsinin hüquq və imtiyazlarına sahib olacaq və rezident tələbələrə verilən imtiyazlara sahib olmaq hüququ qazanacaqlar.
Sosial şəbəkələrdə paylaş: