ADAU EGE




Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 noyabr tarixli sərəncamı ilə təsdiq edilmiş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) Türkiyənin Ege Universiteti ilə imzalanmış Anlaşma Memorandumuna, habelə Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Türkiyənin Ali Təhsil Şurası tərəfindən təsdiq olunmuş protokola uyğun olaraq 2020/2021-ci tədris ilində bakalavriat səviyyəsində “Aqronomluq”, “Bitki mühafizəsi”, “Aqromühəndislik” və “İqtisadiyyat” ixtisaslarına beynəlxalq ikili diplom proqramları üzrə yalnız dövlət sifarişi əsasında (ödənişsiz) tələbə qəbulu elan edir.

ADAU EGEADAU EGE












EGE Universiteti ilə Azərbaycan Dövlət Aqrar Universiteti arasında ikitərəfli ikili diplom proqramları barədə müqavilə imzalanması

ADAU EGE



ADAU EGEADAU EGEADAU EGE

Avqustun 9-da onlayn təşkil edilən Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə Türkiyənin Ege Universiteti arasında ikili diplom proqramının imzalanması mərasimdə iştirak edən təhsil naziri Emin Əmrullayev ikili diplom proqramının əhəmiyyətinə toxunub və bu cür əməkdaşlıqların iki ölkə arasında təhsil sahəsində münasibətlərin daha da dərinləşməsinə öz töhfəsini verəcəyini vurğulayıb.

ADAU EGEADAU EGEADAU EGE








İmzalama mərasimində iştirak edən kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova, Ege Universitetinin rektoru Necdet Budak və ADAU-nun rektoru İbrahim Cəfərov çıxış edərək iki ali təhsil müəssisəsi arasında əməkdaşlığın genişləndirilməsini vacib addım kimi dəyərləndirib, bu işdə əməyi olan hər kəsə təşəkkürlərini bildiriblər.


ADAU EGEADAU EGEADAU EGE

Tələbələrin qəbulu Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarının nəticələri əsasında aparılacaqdır.

Proqram çərçivəsində 2021-ci ildən başlayaraq hər il 120 tələbə 3 il ADAU-da, 1 il isə Ege universitetində ödənişsiz təhsil alacaq. İkili diplom proqramının “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində maliyyələşdirilməsi nəzərdə tutulur.

Hər iki ali təhsil müəssisəsinin diplomlarının verilməsi ilə yekunlaşan tədris və təcrübə prosesinin bir hissəsi Ege Universitetində təşkil olunacaqdır. Bundan başqa, dərslər hər iki ali təhsil müəssisəsinin təcrübəli professor-müəllim heyəti tərəfindən aparılacaqdır. Tələbələrin təhsil müddətində bütün xərclər Dövlət Proqramı çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaiti hesabına ödəniləcəkdir. Bu xərclərə təhsil haqqı, qeydiyyat xərci, tədris materialları və elektron informasiya resurslarına çıxış xərcləri, Ege Universitetində təhsil, yay məktəbində və istehsalat təcrübəsində iştirak xərcləri daxildir. Tələbələr aylıq stimullaşdırıcı təqaüdlə təmin olunacaqlar.

Qeyd edək ki, Ege Universiteti Türkiyənin 20 May 1955-ci il tarixində nəşr olunan 6595 saylı Qanunu ilə 9 Mart 1956 ildə, İzmir şəhərində Ege bölgəsinin ilk, Türkiyənin 4-cü universiteti olaraq fəaliyyətə başlamışdır. Təhsilin keyfiyyətinə görə nəinki Türkiyədə, hətta dünyada tanınan bu ali təhsil müəssisəsində 70 minə yaxın tələbə təhsil alır. Universitet beynəlxalq reytinqlərdə – “Times Higher Education (THE) World University Rankings” və “Academic Ranking of World Universities (Shanghai)” cədvəllərində yer almışdır.

ADAU EGEADAU EGEADAU EGEADAU EGEADAU EGEADAU EGE


Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) və Türkiyənin Ege Universiteti arasında həyata keçirilən beynəlxalq ikili diplom proqramı çərçivəsində ADAU-ya dəvət olunan Ege Universitetinin professor-müəllim heyəti tərəfindən təhsilin keyfiyyətini təkmilləşdirmə fəaliyyəti üzrə universitetin fakültələrində seminarları keçirilir.


ADAU EGEADAU EGEADAU EGEADAU EGEADAU EGEADAU EGEADAU EGEADAU EGE





Türkiyənin Ege Universitetinin rektoru Prof. Dr. Necdet Budakın abituriyentlərə müraciəti



Türkiyə Respublikasının Ege Universitetinin rektoru Prof. Dr. Necdet Budakın başçılıq etdiyi nümayəndə heyətinin 11-13 may 2022-ci il tarixlərində
Azərbaycan Dövlət Aqrar Universitetinə səfəri


Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Türkiyə Respublikasının Ege Universitetinin rektoru Prof. Dr. Necdet Budakın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

ADAU EGEADAU EGEADAU EGE
Görüşdə Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov, Ege Universitetinin Kənd təsərrüfatı fakültəsinin dekanı Prof. Dr. Banu Yücel, Qida mühəndisliyi kafedrasının müdiri Prof. Dr. Şebnem Tavman, Qida mühəndisliyi kafedrasının əməkdaşı Prof. Dr. İlkin Şüngün iştirak ediblər.

Görüşdən əvvəl ulu öndər Heydər Əliyevin şəhərin Baş meydanında olan abidəsi ziyarət olunub, önünə tər çiçəklər düzülüb.

ADAU EGEADAU EGEADAU EGE

Qonaqlar Türkiyənin Gəncədəki baş konsulu Zəki Öztürklə görüşüb. Görüşdə bildirilib ki, bu gün iki qardaş ölkə arasında münasibətlər bütün sahələrdə olduğu kimi təhsil sahəsində də yüksək səviyyədədir. ADAU ilə Ege Universitetləri arasında həyata keçirilən ikili diplom proqramı isə bu münasibətlərin bariz nümunəsidir.

ADAU EGEADAU EGEADAU EGE

Görüşdən sonra Ege Universitetinin nümayəndə heyəti Mir Cəlal Paşayev adına 39 nömrəli orta məktəbdə olublar. Məktəbdə müasir auditoriyalarla tanış olub, gənc müəllimlərə görüş keçirilərək onlara Ege Universiteti haqqında məlumat veriblər.

ADAU EGEADAU EGEADAU EGEADAU EGEADAU EGEADAU EGE

Həmçinin, Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) və Türkiyənin Ege Universiteti arasında həyata keçirilən beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin 11 may 2022-ci il tarixli iclası baş tutub.

ADAU EGEADAU EGEADAU EGE

İclasın məqsədi ikili diplom proqramının icrasının mövcud vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsi olub.

ADAU EGEADAU EGEADAU EGE

Ege Universitetinin rektoru Prof. Dr. Necdet Budakın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Dövlət Aqrar Universitetinə səfərinin ikinci günündə əvvəlcə universitetin maddi-texniki bazası ilə yaxından tanış olub.

ADAU EGEADAU EGEADAU EGE

ADAU-nun Torpaqşünaslıq və aqrokimya və Baytarlıq təbabəti fakültəsində olan nümayəndə heyəti burada tələbələr üçün yaradılan müasir şəraitlə yerində tanış olaraq, müasir auditoriyalar və laboratoriyalara baş çəkiblər.

ADAU EGEADAU EGEADAU EGE

Torpaqşünaslıq laboratoriyasında olan qonaqlara burada aparılan analizlər barədə ətraflı məlumat verilib. Sonra Baytarlıq təbabəti fakültəsinin nəzdində olan Patoloji anatomiya muzeyində nümayiş olunan eksponatlara baxılıb.

Sonra Necdet Budak universitetin 2 saylı Tələbə evində gənc müəllim və tədqiqatçılar üçün mühazirə söyləyib.

ADAU EGEADAU EGEADAU EGE

Eyni gündə ikili diplom proqramı layihəsində təhsil alan tələbələrlə görüş keçirilib.

ADAU EGEADAU EGEADAU EGE

Görüşdə ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov, Ege Universitetinin rektoru Prof. Dr. Necdet Budak, Ege Universitetinin Kənd təsərrüfatı fakültəsinin dekanı Prof. Dr. Banu Yücel, ADAU-nun tədris işləri üzrə prorektoru, dosent Anar Hətəmov və ikili diplom proqramı çərçivəsində ADAU-da dərs tədris edən Ege Universitetinin alimləri iştirak ediblər. Tədbirdə ikili diplom proqramının İnformasiya və koordinasiya ofisində üç ay ərzində könüllü fəaliyyət göstərən tələbələrə sertifikatlar təqdim olunub.
ADAU EGEADAU EGEADAU EGE

Gəncə Dövlət Filarmoniyasının Kamera Orkestri ikili diplom proqramı layihəsinin iştirakçıları üçün konsert proqramı təşkil edib.

ADAU EGEADAU EGEADAU EGE

F. Əmirov adına Gəncə Dövlət Filarmoniyasının Kamera Orkestrinin hazırladığı konsert proqramı tədbir iştirakçılarına təqdim olunub. Proqramda "Xəmsə" estrada və "Göygöl" Dövlət Mahnı və Rəqs ansambllarının çıxışları rəğbətlə qarşılanıb. Sonra istiqlal şairi Əhməd Cavadın şeirlərinə bəstələnən "Çırpınırdı Qara Dəniz", Müslüm Maqomayevin "Azərbaycan" mahnıları ifa olunub.

ADAU EGEADAU EGEADAU EGE

Səfərin sonuncu günündə qonaqlar Universitetin Biotexnologiya mərkəzində olan qonaqlar bitkilərin müxtəlif stress amillərinə, xəstəliklərə qarşı davamlılığının müəyyən edilməsi məqsədilə bu istiqamətlərdə molekulyar analizlərin həyata keçirilməsi prosesi ilə yaxından tanış olublar.

ADAU EGEADAU EGEADAU EGEADAU EGEADAU EGEADAU EGE

Türkiyəli nümayəndə heyəti Gəncədə erməni terroru nəticəsində həlak olan şəhər sakinlərinin xatirəsini anıb.

ADAU EGEADAU EGEADAU EGE

Qonaqlar Nizami Gəncəvi Məqbərəsini ziyarət edib. Dahi Azərbaycan şairinin məzarı üzərinə gül dəstələri düzüb, xatirəsini anıblar.

ADAU EGEADAU EGEADAU EGE

Sonra türkiyəli nümayəndə heyəti şəhərin mərkəzi bazarında gəzintiyə çıxıb.

ADAU EGEADAU EGEADAU EGE

13 may 2022-ci il tarixində Azərbaycan Dövlət Aqrar Universiteti və Türkiyənin Ege Universiteti arasında həyata keçirilən beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti iclası baş tutub. İclasda birgə əməkdaşlığın qiymətləndirilməsi, karyera planlanması üzrə görüləcək işlər və s. gündəlikdə duran məsələlər müzakirə olunub.

ADAU EGEADAU EGEADAU EGE

Tədbirdə ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov, Ege Universitetin rektoru, Prof. Dr. Necdet Budak, Təhsil nazirinin müşaviri Nicat Məmmədli, Kənd Təsərrüfatı Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Emin Əliyev, Ege Universiteti Kənd təsərrüfatı fakültəsinin dekanı Banu Yücel, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliyinin artırılması üzrə Dövlət Proqramı”nın idarəetmə qrupunun rəhbəri Turan Topalova, Təhsil Nazirliyinin baş məsləhətçisi Vüsalə Qurbanova, ADAU-nun tədris işləri üzrə prorektoru, dosent Anar Hətəmov və digər əlaqəli şəxslər iştirak ediblər.

ADAU EGEADAU EGEADAU EGE

Görüşdə ADAU-nun rektoru İbrahim Cəfərov və Ege Universitetinin rektoru Necdet Budak ikitərəfli əməkdaşlıq müqaviləsini imzalayıblar. Müqavilənin məqsədiq qarşılıqlı elmi tədqiqat işlərinin aparılması, tələbə mübadiləsi və akademik məlumatların, nəşrlərin birgə mübadiləsinin təşviq etməkdir.

ADAU EGEADAU EGEADAU EGEADAU EGEADAU EGEADAU EGE


Türkiyə Ege Universiteti nümayəndə heyətinin 11-13 may tarixində ADAU-ya səfəri




ADAU EGE
Sosial şəbəkələrdə paylaş: