2017-ci ildə Ümumi əkinçilik, genetika və seleksiya kafedrasında Toxumçuluq laboratoriyası yaradılmışdır.

 

Toxumçuluq laboratoriyasında hal-hazırda mövcud olan avadanlıqlar

 

  1. Qabıq soyan  (husker) thu 35b - 1 ədəd. Örtüklü toxumları örtükdən çıxardıb çılpaq hala salmaq üçün istifadə olunur.
  2. Dəni ölçülərinə görə çeşidləyən (Grain thickness sorter) – TWSB – 1 ədəd. Toxumları ölçülərinə görə ələklərdən keçirdir. Toxumların zərərvericilərlə yoluxma dərəcəsinin təyini zamanı da istifadə etnək olar.
  3. Düyü Qreyderi (Test Rice Grader ) TRG05B – 1 ədəd. Qalın qabıqlı toxumların qabığını hamarlamaq məqsədilə istifadə edilir.
  4. Nümunələrə bölən (Sample divider) - Sample divider large tupe (Buğda, düyü, soya, qarğıdalı, arpa və s.) – 1 ədəd- Dən nümunələrini keyfiyyətcə iki bərabər hissələrə ayırır. Ilkin toxum nümunəsini orta nümunə halına gətirmək üçün istifadə etmək olar.
  5. Nəmlik ölçən cihaz (handy moisture meter)- TA-5 -2 ədəd – Toxumlarda nəmlik faizini ölçür.
  6. Dəni, düyünü qurudan (Grain dryer )- TDR 24 E – 1 ədəd – toxum nümunələrini müəyyən temperatur altında və zaman daxilində qurutmaq üçün istifadə edilir.
  7. Dəni, düyünü qılçıqdan təmizləyən (Beard Remover) SL – 1 ədəd – dərz nümunələrini laboratoriya şəraitində qılçıqdan təmizləyir. (mini kombayn)
  8. Dəni, düyünü  döyən maşın (Threshing Machine) – MP-410 -1 ədəd -
  9. Dəni, düyünü  sayan (Grain counter) – İC-VAİ – 1 ədəd. – toxumların mütləq çəkisini tapmaq üçün (1000 ədəd toxumun) toxumları saymaq məqsədilə istifadə edilir.
  10. Əl ilə toxum səpən (Hand seeder) AP-İD – 1 ədəd – Bitki sıxlığını müəyyən etmək məqsədilə aparılan elmi tədqiqat təcrübələrində  istifadə etmək üçün nəzərdə tutulub
  11. Elektron tərəzi – 1 ədəd. Lazımi çəkiləri təyin etmək üçün istifadə edilir.
  12. Dən və un analizatoru, İnfratecTM 1241- 1 ədəd.  Dəndə -Zülalın, nəmliyin, nişastanın, yağın və s. miqdarının faizlə göstəricisini müəyyən edir. Un-
  13.  Sedimentasiya aparatı -БАСТАК 3100 – 1 ədəd. Cihaz çörək buğdasının un nümunələrinin keyfiyyətini və ziyanvericilərin hücum riskinin dərəcəsini müəyyənləşdirir.
  14.  Natura çəkisini ölçən cihaz – Bastak 7000 (tərəzi də daxildir). Cihaz taxıl bitkilərində natura çəkisini təyin etmək üçün istifadə edilir.
  15.  Nəmlik və natura çəkini təyin edən cihaz - Wile 200.
  16. Soyuducu şkaf– 1 ədəd
  17. Qızdırıcı pilitə– 1 ədəd-
  18. Termal çamadan – 1 ədəd – 4 dərəcədə isti saxlayır.

 

ADAU-nun Aqronomluq fakültəsinin “Toxumçuluq” laboratoriyasında buğda, arpa, qarğıdalı və paxlalı bitkilərin (noxud, lobya) toxumlarının müasir metodlar və cihazlarla aşağıdakı analizləri aparılır.

Dənin biokimyəvi göstəricilərinin- zülal, yağ, nişastanın təyini (bitkiyə müvafiq olaraq) - İnfratecTM 1241 cihazı ilə;

Dənin texnoloji xüsusiyyətləri: sedimentasiya (yumşaq buğdanın un nümunələrinin keyfiyyətinin təyini)
Cücərmə qabiliyyətinin təyini, cücərmə enerjisinin təyini
Toxumun təmizliyinin təyini
Toxumların təsərrüfat yararlılığının təyini (yalnız cücərmə qabiliyyəti və toxumun təmizliyi təyin olunduqda)
Fiziki xüsusiyyətləri : 1000 ədəd dənin kütləsinin təyini, toxumun natura çəkisinin, nəmliyinin təyini