23.01.2018-ci ildə “Torpaq, bitki və su laboratoriyası” rektorumuz, İ.Cəfərovun əmri ilə fəaliyyətə başlayıb. Laboratoriyamız aqronomluq fakultəsinin 1-ci mərtəbəsində yerləşir. Laboratoriya üç otaqda quraşdırılıb. 108 saylı otaqda nümunə qəbul olunur və analiz üçün hazırlanır. 110 və 111 saylı otaqlarda cihazlar quraşdırılıb. Laboratoriya çox müasir avadanlıqlarla təmin edilib. Laboratoriyada 5 müəllim və 2 laborant çalışır.

Laboratoriyaya rəhbərlik a.e.f.d., B/m Vəfa Qaçay qızı Verdiyevaya həvalə edilib.

Laboratoriyada aşagıdakı analizlər aparılır:

Azot, Fosfor, Kalium, Humus, Saturasiya, pH, Elektrik keçiriciliyi, duz, Əhəng, Dəmir, Mis, Manqan, Sink, Kalsium, Maqnezium, Natrium, Quruluş (tekstura).

Laboratoriyamızda “Natural Aqro” MMC, Ağcəbədi rayonu “Qarabağ Taxıl” MMC, Beylaqan rayonu “Qarabağ Taxıl” MMC-nin torpaqlarını analiz edib. Cəmi 76 nümunə idi.

Ardınca BP şirkətinin nəzdindəki “Puls-R” MMC və Azersun KTM MMC-nin Biləsuvar, İmişli, Göy-Göl, Şəmkir, Tər-tər və b. rayonlarından - 27 nümunə daxil oldu. 2018-ci ilin sentyabrında Goranboy rayonu “Region Agro” MMC-nin torpaqları, “AQRO DAİRY” MMC ilə 99600 manatlıq müqavilə bağladı. Bu müqaviləyə əsasən Samux, Tovuz, Hacıqabul, Neftçala rayonlarından  - 1188 nümunə göndərildi. 2019-cu ilin iyul ayında “AZƏRŞƏKƏR” MMC-dən 2 nümunə göndərildi.  AzRoza MMC-dən – 1 su  nümunəsi, həmçinin fermerlərin torpaq sahələri analiz olunur.

Elmi Şuranın qərarı ilə laboratoriyadan əldə olunan vəsaitin 20 faizi laboratoriya əməkdaşlarına mükafat kimi verilir.