Azərbaycan Dövlət Aqrar Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsi vahid nizamnamə əsasında 1935-ci ildən hüquqi şəxs kimi  fəaliyyət göstərir.

Komitə fəaliyyətinin istiqamətləri əsasən onun qarşısında duran aşağıdakı vəzifələrdən ibarətdir:

-təhsil alan ittifaq üzvlərinin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsi;

-ittifaq üzvlərinin sağlamlığına qayğı göstərilməsi, onların təqaüd təminatının, sanatoriya, kurort müalicəsinin və istirahətlərinin təşkil edilməsi,

-asudə vaxtın səmərəli təşkili,  ittifaq üzvləri arasında bədən tərbiyəsi və idmanın, mədəni maarif işinin inkişaf etdirilməsi;

-həmkarlar ittifaqı üzvləri arasından həmkarlar ittifaqı fəallarının, həmkarlar ittifaqı işçilərinin hazırlanması;

-həmkarlar ittifaqı üzvlərinə və həmkarlar ittifaqı təşkilatlarına metodiki informasiya, hüquqi, maddi və digər yardım növlərinin göstərilməsindən ibarətdir.

Həmkarlar ittifaqı təşkilatı bu istiqamətlərdə fəaliyyətinin həyata keçirilməsi məqsədi ilə ittifaqın nizamnaməsinə əsasən komissiyalar təşkil edir:

-təşkilatı–kütləvi işlər komissiyası,

-mədəni–kütləvi və idman işlər komissiyası, əmək və sosial müdafiə komissiyası.

Təşkilati-kütləvi  işlər  üzrə komissiyanın qarşısında duran vəzifələr:

 -həmkarlar ittifaqının möhkəmlənməsi  və nüfuzunun artırılması üçün təbliğatın həyata keçirilməsi,

-həmkarlar ittifaqı təşkilatlarının iclaslarının hazırlanması,                          

-həmkarlar ittifaqı komitəsinin iclaslarının protokollaşdırılması,- universitetdə təhsil alan  tələbələrin ittifaq    üzvülüyünə cəlb edilməsi,

-həmkarlar ittifaqı təkilatının işinin  planlaşdırılması,

-hesabat seçki iclaslarında deyilmiş təklif və tənqidlərə müvafiq tədbirlər planının hazırlanması,

-həmkarlar ittifaqı sahəsində fərqlənən ittifaq üzvlərinin maddi və mənəvi cəhətdən mükafatlandırılması barədə təkliflərin verilməsi,   

- təşkilati işlərlə əlaqədar  daxil olmuş ərizə, şikayət və sorğularla əlaqədar araşdırmanın aparılması və öz təkliflərinin verilməsi

-müxtəlif müsabiqə, yarış və treninqlərin keçirilməsinin təşkili kimi mühüm məsələr daxil edilmişdir.

Mədəni-kütləvi  və idman  işləri üzrə komissiyanın qarşlsında duran vəzifələr

-milli dəyərlərin qorunması və təbliği,      

-ölkəmizin tarixində əlamətdar və faciələrlə xatırlanan günlərin qeyd olunmasının təşkili;

-gənclər və ittifaq üzvləri arasında vətənə, torpağa məhəbbət hissi aşılamaq məqsədi ilə tətil və istirahət günlərində muzeylərə, tarixi abidələrə və ölkəmizin görməli  yerlərinə səyahətlərin təşkili;

-ittifaq üzvlərinin  asudə vaxtlarının  təşkili məqsədi ilə onların zövqünə uygun tədbirlərin həyata keçirilməsi, müxtəlif dərnəklərin yaradılması,

-gənclər arasında rəqabət hissinin gücləndirilməsi məqsədilə intellektual yarışların keçirilməsi, müvafiq müsabiqələrin təşkili,

-gənclər  arasında idman spartakiyadalarının və yarışlarının təşkiliyaradıcılıq müsabiqələrinin, sərgilərinin, baxış və festivalın keçrilməsi,

-ittifaq üzvlərinin maraq və meyillərini nəzərə alaraq asüdə vaxt mərkəzlərinin açılması üçün təkliflərin hazirlanması kimi təbliğat xarekterli məsələlər daxil edilmişdir.

Əmək və sosial məsələləri üzrə komissiyanın qarşısında duran vəzifələr:

-tədris prosesində tədrisin təşkili ilə əlaqədər təhsil qanunun tələblərinə əməl edilməsinə nəzarətin edilməsi,

-tədris ilə bağlı qanunvericilik barədə həmkarlar ittifaqı strukturlarına məsləhətlərin verilməsi işinin təşkili,

-təqaüdün vaxtında və düzgün verilməsinə nəzarətin edilməsi,

-iclasda müzakirəsi vacib gündəliyin hazırlanmsı və qərar qəbul edilməsi üçün Həmkarlar ittifaqı fəallarının iştirakı ilə layihənin həmkarlar ittifaqı orqanlarında müzakirəsinin təşkili,

-yarım illik və illik hesabatların tərtibi,

-tədris prosesində edilən dəyişikliklərlə əlaqədər müvafik  izahat işinin təşkil edilməsi,

-hüquqi məsələlərə həsr olunmuş kurslara, seminarlara, treninqlərə həmkarlar ittifaqı fəallarının cəlb edilməsi,

-konfrans və yığıncaqlarda irəli sürülən təklif və iradların həyata keçrilməsinə nəzarətin edilməsi,

-yüksək təhlükəli işlərdə işləyənlərə təlimatların keçrilməsinin, tələbələrə təhlükəsizlik qaydalarının öyrədilməsinin təşkili və bu işlərin keyfiyyətli aparılması,

-qurulan istehsalat və məişət təyinatlı obyektlərində əməyin mühafizəsi qaydalarına uyğunluğunun  yoxlanılması

-zərərli, yanğın və partlatyış təhlükəli maddələrin və materialların düzgün daşınması, saxlanılması və istifadə edilməsinə, radiaktiv şualanma mənbələrinə nəzarətin edilməsi,

-auditoriyalarda sanitar gigiyenik göstəricilərin, tədris şəraitinin və vəziyyətinin mövcud standart və normalara uyğunluğunun yoxlanılması

-vaxtlı vaxtında fəallar arsından əməyin mühafizəsi üzrə ictimai müvəkillərin hazırlanması işinin təşkil edilməsi   kimi vacib məsələlər daxil edilmişdir.