Tədris-təcrübə təsərrüfatı 2019-cu ildə əsaslı şəkildə yenidən qurulub. Ərazisi 73,3 ha, o cümlədən əkin yeri 42,51 ha, meyvə bağı 1,2 ha, örüşlər 15,83 ha, üzümlük 1,52 ha, meşə və meşə zolağı 4,86 ha, ictimai tikililər 3,62, küçə və meydançalar 3,76 ha-dır. Tədris–təcrübə təsərrüfatının həyətinə 3500 kv.m asfalt örtüyü salınmış, 200–dən çox ağac,150–dək gül kölları əkilmiş, inzibati bina  təmir edilmişdir. Təsərrüfatda üzüm və meyvə bağı salınmış, açıq və qapalı şəraitdə tədris aparmaq üçün auditoriyalar, kəsim sexi tikilmiş və bütün inventarlarla  tam təmin edilmişdir.  Eyni zamanda, qoyunçuluq ferması əsaslı təmir olunmuşdur. Təsərrüfatın su təminatına  xüsusi diqqət yetirilərək 4 subartezian quyusu əsaslı şəkildə təmir edilmiş və istifadəyə yararlı hala gətirilmiş, əlavə olaraq 110 tonluq ehtiyat su hovuzu tikilmişdir.Təsərrüfatda yeni yaradılmış heyvan kəsimi sexi auditoriya, kəsim və laboratoriya bölmələrindən ibarət olmaqla, baytarlıq və zootexniklik istiqaməti üzrə mütəxəssis hazırlığında mühüm rol oynamaqdadır.