Kənd təsərrüfatı heyvanlarının süni mayalandırılması XX əsrin əvvəllərində sürətlə inkişaf etməyə başlanmışdır. Bu sahənin pioneri böyük rus alimi İ.İ.İvanov hesab edilir. O, süni mayalanma sahəsində qiymətli təcrübələr aparılmışdır. O, hələ 1907-ci ildə “Məməli heyvanların süni mayalandırılması” kitablarını nəşr etdirmişdir. Prof.İ.İ.İvanov bu sahədə elmi laboratoriyalar yaratmış, elmi işçilərin hazırlanmasına səy göstərmişdir. O, madyanların, qoyunların, inəklərin təcrübədə süni mayalandırlmasını tədricən yaymışdır.
İvanovdan başqa kənd təsərrüfatı heyvanlarının süni mayalandırılması sahəsində İ.İ.Rodin, A.İ.Lomırin, A.V.Klasinski, İ.İ.Sokolovskaya, B.A.Morozov, X.X.xabibulin, N.P.Sergin, F.İ.Ostatik, İ.V.Smirnov, F.V.Ojin və b. Alimlərin də xidmətləri olmuşdur.
Prof.İ.İ.İvanovun işinin davamçısı B.K.Milovanov hesab edilir. O, Ümumittifaq Heyvandarlıq İnstitutunda heyvanların çoxalma biologiyasına rəhbərlik etmişdir. Elmi xidmətlərinə görə Dövlət Mükafatı Laureatı kimi yüksək ada layiq görülmüşdür.
1931-1397-ci illərdə Ümum İttifaq Heyvandarlıq İnstitutunun süni mayalama laboratoriyasının kollektivi əsas etibarı ilə B.K.Milovanovun rəhbərliyi altında süni mayalanmanın texnikasına aid olan əsas məsələləri müvəffəqiyyətlə həll etməyə nail oldular. Törədicilərdən toxum götürmək üçün əvvəllər məxmər dodaqcıqlardan ibarət toxum yığıcı və rezin toxum yığıcılardan istifadə edilirdi.
Bu üsullarının çatışmayan cəhəti çox idi (toxumun cərə ilə qarışması, onun bir hissəsinin itməsi, çirklənməsi və s.).
Toxum almaq üçün ən yaxşı süni vagina üsuludur. Ilk dəfə 1931-ci ildə UİYİ Süni mayalanma laboratoriyasının əməkdaşları B.K.Molivanovun rəhbərliyi altında qabandan toxum götürmək üçün süni vagina quraşdırmışlar. Bunun əsasında da kənd təsərrüfatı heyvanlarının bütün növləri (buğa, qoç, ayğır0 üçün süni vagina düzəldildi. Süni vagina indi də öz əhəmiyyətinin itirməmişdir.
Bu üsulu xaricdə “Rus toxum götürmə üsulu” adlandırırlar və ondan hal-hazırda bütün dünyada geniş istifadə edilir.
Süni vagina üsulu toxum götürmək üçün ən yaxşı üsullardan biri sayılır.
Azərbaycanda Baytarlıq mamalığı, ginekologiyası sahəsində görkəmli alimlərdən biri dosent Çingiz Alməmməd oğlu Rzayev olmuşdur. Böyük (1940-1945) vətən müharibəsində iştirak etmişdir. Müharibədən qayıtdıqdan sonra öz fəaliyyətini dava etdirnişdir. O, 1949-1954-cü illərdə baytarlıq fakültəsinə rəhbərlik etmiş, dekan vəzifəsində çalışmışdır. Uzun müddət mamalıq və cərrahiyyə kafedrasının müdiri kimi fəaliyyət göstərmişdir. 1975-ci ildə ilk dəfə olaraq Azərbaycan dilində “Baytarlıq mamalığı, ginekologiyası və kənd təsərrüfatı heyvanlarının süni mayalandırılması” adlı dərsliyi nəşr edilmişdir. Bundan başqa Çingiz Rzayev tərəfindən tərtib edilmiş və Moskvada “Kolos” nəşriyyatında “Qoyunların qısırlığı ilə mübarizə tədbirləri” adlı monoqrafiyası da nəşr edilmişdir. Həmin monoqrafiya keçmiş Sovetlər Birliyinin aparıcı mütəxəssisləri tərəfindən yüksək qiymətləndirilmişdir.
Kənd təsərrüfatı heyvanlarının süni mayalandırılması XX əsrin əvvəllərində sürətlə inkişaf etməyə başlanmışdır. Bu sahənin pioneri böyük rus alimi İ.İ.İvanov hesab edilir. O, süni mayalanma sahəsində qiymətli təcrübələr aparılmışdır. O, hələ 1907-ci ildə “Məməli heyvanların süni mayalandırılması” kitablarını nəşr etdirmişdir. Prof.İ.İ.İvanov bu sahədə elmi laboratoriyalar yaratmış, elmi işçilərin hazırlanmasına səy göstərmişdir. O, madyanların, qoyunların, inəklərin təcrübədə süni mayalandırlmasını tədricən yaymışdır.
İvanovdan başqa kənd təsərrüfatı heyvanlarının süni mayalandırılması sahəsində İ.İ.Rodin, A.İ.Lomırin, A.V.Klasinski, İ.İ.Sokolovskaya, B.A.Morozov, X.X.xabibulin, N.P.Sergin, F.İ.Ostatik, İ.V.Smirnov, F.V.Ojin və b. Alimlərin də xidmətləri olmuşdur.
Elə bunlara görə də Keçmiş SSRİ-nin bütün baytarlıq sahəsində çalışan alimlər Çingiz Alməmməd oğlu Rzayevi yaxşı bir alim kimi tanımışlar.
Suni mayalanma sahəsində görkəmli alimlərdən biri kənd təsərrüfatı elmləri namizədi Museyib Rza oğlu Mədətov olmuşdur. Böyük (1940-1945) vətən müharibəsində iştirak etmişdir. Müharibədən sonra öz fəaliyyətini davam etdirmişdir.
M.Mədətov Azərbaycan Elmi Tədqiqat Heyvandarlıq İnstitutunda süni mayalanma şöbəsinin uzun müddət müdiri vəzifəsində çalışmışdır. 1958-ci ildə “Süni mayalanma və onun heyvandarlıqda tətbiqi” monoqrafiyası Bakı nəşriyyatında nəşr olunmuşdur. O, Respublikamızda ilk dəfə olaraq camışlarda süni mayalanma üsulunu öyrənmişdir. Museyib Mədətov Camışların mayalandırılmasında balalıq boynunu tapmaq üçün xüsusi vagina güzgüsü təklif etmişdir. Bu güzgüdən Moskva vilayətinin Padolskiy şəhərində yerləşən süni mayalanma mərkəzində də istifadə edilmişdir. Museyib Mədətov Respublikamızda ilk dəfə camışlarda süni mayalanmanı aparan alimlərdən biri olmuşdur.
Süni mayalanma sahəsində digər görkəmli alim Akademik Eyyub Balaməmməd oğlu Bəşirov olub. Eyyub Bəşirov 1973-1979-cu illərdə Azərbaycan Elmi Tədqiqat Heyvandarlıq İnstitutunda süni mayalanma şöbəsinin müdiri və direktor işləmişdir. O, “Kənd təsərrüfatı heyvanlarının törəmə qabiliyyətinin yaxşılaşdırılması”, “Kənd təsərrüfatı heyvanlarının süni mayalamdırılması” monoqrafiyasının müəllifidir. Bundan əlavə görkəmli alim kimi Hindistanda, İtaliyada, Əlcəzairdə, Çilidə və Əfqanıstanda uzun müddətli ezamiyyədə olmuş və ona tapşırılan böyük dövlət əhəmiyyətli işləri müvəffəqiyyətlə yerinə-yetirmiş və həmin ölkələrin təşəkkürünə layiq görülmüşdür.
Azərbaycanda süni mayalanma sahəsində M.R.Mədətov; E.M.Bəşirov; Ç.M.Rzayev; Ə.Q.Əhmədov; F.M.Qasımovun böyük xidmətləri olmuşdur.
Azərbaycan şəraitində heyvandarlıqda (xüsusilə qoyunçuluqda) sünii mayalanmanı ilk dəfə 1932-1933-cü illərdə F.Ə. Məlikov, A.Ə.Ağabəyli və başqaları tətbiq etmişlər. A.Ə.Ağabəyli 1932-1933-cü illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda heyvanların süni mayalanması işini təşkil edir, lakin respublikamızda sünii mayalanmanın tətbiqi əsas etibarı ilə 1933-1935-ci illərdə başlayır. Camışların süni mayalanması sahəsində Elmi-Tədqiqat işlərinə A.Ə.Ağabəylinin rəhbərliyi ilə ilk dəfə M.R.Mədətov (1938) məşğul olmağa başlamışdır. O, camışların cinsini tezliklə yaxşılaşdırmaqda, qısırlığın ləğvində süni mayalanmanın zoobaytar üsulu olmasını bir daha öz təcrübələri ilə sübut etmişdir. 1950-ci ildə respublikada Dövlət Damazlıq sünii mayalanma stansiyaları təşkil olunmuşdur. Bu stansiyalar tərəfindən 1957-ci ildə 4000 baş, 1958-ci ildə 18000 baş və 1959-cu ildə 52200 baş inək və camış mayalandırılmışdır.
Heyvandarlıqda süni mayalama üsulu ilə yeni cinslərin yaradılmasının düzgün təşkil edilməsi üçün yüksək yemləmə və bəsləmə şəraiti təşkil edilməlidir.
1953-cü ilə kimi, yəni süni mayalanma tətbiq edilənə kimi heyvandarlıq təsərrüfatlarında uzun illər (20-25 il) yerli cins heyvanların yüksək məhsuldar cinsindən olan törədicilərlə çarpazlaşdırılması işi aparılmasına baxmayaraq, mələz və cins heyvanların sayı olduqca az, heyvanların məhsuldarlığı aşağı və qısırlıq faizi çox yüksək idi. Keçmiş kolxoz və sovxozlarda da süni mayalanmanı tətbiq etdikdən sonra, təkcə törədicilərin sayını azaltmaq hesabına böyük gəlir əldə etmişdir. əgər bu keçmiş kolxozda təbii cütləşmə tətbiq edilərkən inəklər ümumi qaramalın 20-25%-ni təşkil edirdisə, 1959-1960-cı illərdə süni mayalama tətbiq edildiyi üçün buğaların sayı bir neçə dəfə azaldılmış və inəklərin sayı 2 dəfəyə yaxın artırılmışdır.
Respublikada qoyunçuluq təsərrüfatında süni mayalanmanın tətbiqi zamanı qoyunların cinsi tərkibi xeyli yaxşılaşdırmışdır.
Süni mayalama tətbiq olunduqda törədicilərdən alınmış toxumun keyfiyyəti yoxlandığı üçün dişi heyvanları ölü spermotozoidli və ya pis keyfiyyətli toxumla mayalanmasına yol verilmir. Halbuki, təbii cütləşmə zamanı çox vaxt olü spermotozoidli və pis keyfiyyətli toxum verən törədicilərdən illər boyu istifadə olunur, bunun da nəticəsində çoxlu dişi heyvanların qısır qalmasına səbəb olur.
Azərbaycan Respublikasında ilk dəfə Eyyub Bəşirov, Museyib Mədətov, Hilal Allahverdiyev öz tədqiqatlarında toxumun aşağı temperaturlarda (0º-78º-də və daha aşağı temperaturlarda) daha uzun müddət yaşamasının mümkün olması nəzəriyyəsini əsas tutaraq, diqqətəlayiq nəticələr əldə etmişlər.
Ölkəmizin alimləri tərəfindən bu mühüm problemlərin müvəffəqiyyətlə həll edilməsi, heyvandarlıqda süni mayalanma üsulunun getdikcə geniş miqyasda tətbiq olunması üçün şərait yaratdı. 1955-ci ildə ölkəmizdə süni mayalanma stansiyalarının geniş miqyasda təşkilinə başlanıldı.
Beləliklə bu stansiyada 1956-cı ildə süni mayalanma nəticəsində orta hesabla inəklərin 94%-nin və qoyunların 95%-nin döllənməsi əldə edilmişdir. Belə bir nəticəyə gəlmək olur ki, respublikamızda bütün qaramal və camışların ən yüksək məhsuldar törədicilərin toxumu ilə süni sürətdə mayalandırılması işinin təşkili kənd təsərrüfatı heyvanlarının cinsinin tezliklə yaxşılaşdırılmasını, qısırlığın aradan qaldırılması və beləliklə də respublikamızda heyvandarlığın daha da inkişaf etməsini təmin edəcəkdir.
1965-1970-i illərdə AETHİ-nun yardımçı təsərrüfatlarında və Şəki rayonu Daşüz camışçılıq təsərrüfatlarında E.Bəşirov; M.Mədətovun rəhbərliyi ilə bu illərdə duruldulmuş sperma ilə şpris-katetr və Rekto-servikal üsulla camışları mayalamış, 98% bala almışlar. 1978-1982-i illərdə Ə.Q.Əhmədov; F.M.Qasımovun rəhbərliyi ilə Göy-göl (Xanlar) rayonunun Səməd Vurğun adına Heyvandarlıq təsərrüatlarında dərin dondurulmuş (-196º) maye azotda qranuk şəklində sperma ilə inək və düyələri Rekto-Servikal üsulla mayalayaraq böyük nailiyyətlər əldə etmişlər, 97-98% bala almışlar.
1962-ci ildə Danimarkada 100%, Çexoslovakiyada 86%, Almaniyada 80%, Yaponiyada 75%, Hollandiyada 60% heyvan süni mayalanmışdır. Qeyd edilənlərdən belə məlum olur ki, bu illərdə süni mayalama işləri demək olar ki, özünə tam həyat vəsiqəsi qazanmışdır.
ADAU-da müasir süni mayalanma mərkəzi 2017-ci ildə yaradılmışdır.
Dosent Əhməd Qulu oğlu Əhmədov Azərbaycan Dövlət Aqrar Universitetində Baytarlıq mamalığı, ginekologiya və kənd təsərrüfatı heyvanlarının süni mayalanması fənnini tədris rdir. “Azərbaycanda qısırlığa qarşı hormonal preparatların tətbiqi” monoqrafiyasını 1980-ci ildə “Bakı” nəşriyyatında çap etdirmiş. 2010-cu ildə Baytarlıq mamalığı, ginekologiyası, kənd təsərrüfatı heyvanlarının süni mayalandırılması və rüşeymin köçürülməsi dərsliyini yazmışdır.
Azərbaycan Elmi Tədqiqat Heyvandarlıq İnstitutu nəzdində fəaliyyət göstərən Respublika Süni Mayalanma Mərkəzində 200 nəfərlik yüksək səviyyədə süni mayalama texnikinin hazırlanmasında yaxından iştirak etmişdir.
Süni mayalanma sahəsində çalışan mütəxəssislərdən biri də Əşrəf Teymur oğlu Məmmədovdur. “Kənd təsərrüfatı heyvanlarının süni mayalanması və baytarlıq-sanitariya tətbiqi” kitabçasını 2004-cü ildə Bakı nəşriyyatında çap etdirmişdir.
Hazırladığı kitabçada spermanın bioloji xüsusiyyətləri, ayrı-ayrı heyvanlarda spermanın eakulyatın miqdarı süni mayalanmanın növləri, texnikası və s. məsələlər kitabçada şərh olunmuşdur.
Baytarlıq mamalığı, ginekologiyası və kənd təsərrüfatı heyvanlarının süni mayalanma sahəsində çalışan alimlərdən biri də biologiya elmləri doktoru Famil Nəsir oğlu Nəsibovdur. O, “Südlük inəklərdə reproduktiv aktivliyin biotexniki intensivləşdirilməsi” adlı dərs vəsaitini Voloqda 2008-ci ildə nəşr etdirmişdir.
Həmçinin “Heyvanların daxili xəstəliklərinin kliniki diaqnostikası”, “Körpə kənd təsərrüfatı heyvanlarının daxili xəstəlikləri” və “Xırda heyvanların xəstəlikləri” adlı dərsliklərin müəllifidir.
Azərbaycan Elmi –Tədqiqat Heyvandarlıq İnstitutunun nəzdində fəaliyyət göstərən Respublika Süni –Mayalanma mərkəzində yüksək səviyyədə 50 nəfər süni mayalanma texnikinin hazırlanmasında yaxından iştirak etmişdir.
Famil Nəsir oğlu Nəsibov hal-hazırda Azərbaycan Dövlət Aqrar Universitetinin yoluxmayan xəstəliklər kafedrasının müdiri vəzifəsində çalışır.